08:02 / 19-06-2025
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
07:56 / 19-06-2025
Xokkaydo sahillərində zəlzələ baş verib
07:52 / 19-06-2025
İsrail İrana xüsusi təyinatlılar yeridəcək?
07:47 / 19-06-2025
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
07:40 / 19-06-2025
İranla müharibəyə başlamaq ABŞ-ı parçalaya bilər
07:28 / 19-06-2025
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
07:17 / 19-06-2025
Çin "Arzu qayığı"-nı sınaqdan keçirib - Fotolar
23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:19 / 17-06-2025

İran və Cənubi Qafqaz: siyasətə düzəliş və təkamül
Tarix: 27-04-2021 18:17 | Bölmə: Slayd

İranın tarixi maraqlarının bir hissəsi kimi gördüyü bölgədə - Cənubi Qafqazdakı mövqeyi böyük təzyiq altındadır. 2020-ci ilin Dağlıq Qarabağ müharibəsi Tehranın Türkiyə və Rusiyanın artan gücü baxımından yanaşmasını sürətlə tənzimləməsinin vacibliyini vurğulayır.
Reyting.az “RUSI”-yə (Kral Birləşmiş Xidmətlər İnstitutu) istinadla xəbər verir ki, Ermənistan və Azərbaycan arasındakı müharibəyə son qoyan 2020-ci ili noyabr sülh razılaşması İranın Cənubi Qafqazın dəyişən geosiyasətindəki həssas mövqeyini nümayiş etdirib. Tehranın münaqişənin gedişatına təsir edəcək qədər gücü yox idi. Bunun əksinə olaraq, həm Rusiya, həm də Türkiyə nəticəni formalaşdırıb, atəşkəs razılığını imzalayıb və onun tətbiqi ilə məşğul olub. Rusiyanın yeni sülhməramlı missiyası və türk əsgərlərinin Cənubi Qafqaza qayıtması İranın bölgədəki yenilənmiş böyük güc rəqabətində iştirak etməməsinə işarə edib.
Münaqişə daha geniş əlverişsiz bir fonda meydana gəlib. Regional əlaqə İran üçün böyük zəiflikdir. Rusiya sovet dövründən Azərbaycandan anklav Naxçıvana və Ermənistana dəmir yolu xətlərinin bərpasını davam etdirir. Bu, İranın Azərbaycan üzərindəki təsirini məhdudlaşdıracaq.
Birinci Dağlıq Qarabağ müharibəsi bitdikdən sonra 1994-cü ildən bəri Azərbaycan öz aklavına çatmaq üçün İranın tranzit yollarına ehtiyac duyub - tezliklə ortadan qalxa biləcək bir asılılıq. Amma bu, İran üçün müsbət bir ölçü ola bilər: Ermənistanı Azərbaycan vasitəsilə Rusiyaya birləşdirəcək dəmir yolu, ruslar tərəfindən İranla əlaqə olaraq istifadə edilə bilər.
İran xüsusilə artan türk nüfuzundan narahatdır. İki ölkə Suriya mövzusunda əməkdaşlıq edir və kürd separatçılarına qarşı mübarizə aparır, lakin İranın şimal sərhədində artan türk nüfuzu böyük bir problem olaraq görülür. Bu, 1990-cı illərin sonlarında Türkiyənin Azərbaycanla hərbi və iqtisadi əlaqələrinin tədricən artdığı bir tendensiyadır. İranın türk nüfuzunun böyüməsinə maneə törətmək qabiliyyəti az olsa da, Azərbaycanla daha yaxşı anlaşma qura bilər.

İranın Azərbaycan siyasətində danılmaz bir etnik ölçü var. Tehran tarixən Bakının geosiyasi ambisiyalarından ehtiyatlanıb, əsasən, 1990-cı illərin əvvəllərində İranın azərbaycanlı əhalisini irredentist bir gündəm üçün istifadə etməyə çalışdığı üçün. Tehran əvvəlcə postsovet Azərbaycanı təsir zonasına çəkməyə çalışıb. Ticarət əlaqələri, mədəni mübadilə proqramları və dini əlaqələr inkişaf etdirilib, lakin nəticədə Tehran qəsdən özünü Bakıdan uzaqlaşdırıb.
O zaman İran rəhbərliyinin Azərbaycanla daha yaxın münasibət qurması üçün heç bir siyasi səbəb yox idi. Azərbaycan Ermənistanla müharibə ucbatından vətənpərvərlik hissində böyük bir dalğalanma yaşayıb və bu, əsasən etnik azərbaycanlıların yaşadığı bir bölgə olan İranın şimalına yayılmaq təhlükəsi yaradıb. İranın ən böyük qorxusu tez-tez pantürkçü ideyalarını qəbul edən və İrandakı etnik qohumlarla əlaqə qurmağa çalışan o zamankı millətçi Azərbaycan prezidenti Əbülfəz Elçibəylə əlaqələndirilirdi. “Böyük Azərbaycan” fikri Azərbaycanda inkişaf etdirilib. Buna cavab olaraq, Tehran sərhədi azərbaycanlı qaçqınlar üçün bağlayaraq Ermənistanı dəstəkləyib və on illərlə İrəvanın “həyat yolu” rolunu oynayıb.
2020-ci il Dağlıq Qarabağ müharibəsi İranın perspektivini dəyişdirib. İranın dini liderləri Qarabağ və ətraf ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirərək Azərbaycana daha çox dəstək veriblər. Bundan əlavə, İranın Xarici işlər naziri Cavad Zərif regional əməkdaşlığı təşviq etmək məqsədi daşıyan son regional turu zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə nəzarəti bərpa etdiyini görməkdən xoşbəxt olduğunu söyləyib.
İranın perspektiv dəyişikliyi bir çox cəhətdən qonşuluqdakı dəyişdirilmiş güc balansını əks etdirir. Ermənistanı dəstəkləmək güclənmiş Azərbaycanla düşmənçilik yaradaraq onu daha da Türkiyənin ağuşuna sürükləyəcək, Rusiyaya gedən avtomobil və dəmir yolu tranzit yollarını təhlükəyə atacaq və İranın Xəzər hövzəsindəki mövqeyini çətinləşdirəcəkdir. Bakı ilə münasibətlərdəki gərginlik də “Böyük Azərbaycan” ideyasını yenidən canlandıra bilər. Bu nəticələrin bəziləri uzaq görünsə də, Bakı ilə zəif münasibətlər belə bir ehtimalı reallığa daha da yaxnlaşdırması mümkündür.
İran Azərbaycanla İsrail arasındakı yüksək səviyyəli hərbi əməkdaşlıqdan da narahatdır. Azərbaycanın İran sərhədindəki coğrafi mövqeyi onu strateji kəşfiyyat məlumatları toplamaq üçün ideal bir yerə çevirir. Media mənbələri İsrailin 1990-cı illərdə Azərbaycanın İranla sərhədində elektron kəşfiyyat toplama stansiyalarının tikilməsində Bakıya köməklik göstərdiyini iddia edib. 2012-ci ildə “Foreign Policy”-nin yazarı Mark Perri İsrailin Azərbaycandan uçuşlar həyata keçirməsinə icazə verən bir razılaşma olduğunu yazıb.
İran üçün yaxın İsrail-Azərbaycan əlaqələri ABŞ-ın mövqeyini qorumaq səylərinin bir hissəsidir. Bunda müəyyən həqiqət var. 1990-cı illərin əvvəllərində Vaşinqton Türkiyə, Azərbaycan və İsrail arasında üçbucaqlı bir əlaqəni təşviq edib. Geopolitik model qismən işləyib. Azərbaycan və İsrail geosiyasi münasibətlərini bölgədəki təhlükəsizliyi üçün həyati olaraq görməyə davam edirlər. Azərbaycanla əlaqələrin pisləşməsi İranın Cənubi Qafqazdakı mövqeyini çətinləşdirə bilər.
İranın Azərbaycana qarşı inkişaf edən mövqeyi daha geniş regional və hətta Avrasiya perspektivi ilə əlaqələndirilir. Xəzər hövzəsi və Cənubi Qafqaz indi Yaxın Şərqlə ayrılmaz şəkildə əlaqələndirilib. Rusiya və Türkiyə son 10 ildə bölgədəki izlərini artırıb və indi Cənubi Qafqazı Aralıq dənizindən Xəzərə qədər uzanan daha böyük geopolitik oyunun bir hissəsi kimi qiymətləndirirlər. İran bu inkişafa barmaqarası baxa bilməz və düzəliş etmək məcburiyyətində qalacaq. Daha uzun müddətdə bu, İranın xarici siyasət hesablamasında Cənubi Qafqazın nüfuzunu yüksəldə və Tehranın Yaxın Şərqdə iştirak etdiyi digər teatrlara yaxınlaşdıra bilər.

Tehran həmişə bu regional perspektivi nəzərə alıb. Azərbaycan və Ermənistanla qarşılıqlı əlaqələrini idarə etməkdə olan tarixi gərginliklərə baxmayaraq, Tehran Cənubi Qafqaz ölkələrinin hamısını və Rusiya və Türkiyəni əhatə edən böyük ölçüdə kooperativ təhlükəsizlik strategiyası həyata keçirir. Məsələn, 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı İran bölgədəki gərginliyi azaltmaq üçün bir təşəbbüs irəli sürüb və Xarici işlər nazirinin müavini Abbas Əraqçi bütün regional dövlətlərə səfər edib.
Doğrudan da, İran Cənubi Qafqazdakı dəyişiklikləri dəyişən qlobal nizamın bir hissəsi kimi görür. 2020-ci ilin Dağlıq Qarabağ müharibəsi bu kontekstdə görülə bilər: soyuq müharibədən sonrakı dövrdə ABŞ gücünün dəstəklədiyi, köklü bir dəyişiklik yaşayan dövlət münasibətləri sistemi. Son münaqişə zamanı Qərb kənar oyunçu olaraq qalıb, Rusiya və Türkiyə əsas rol oynayıb.
Geoiqtisadiyyat - xüsusən regional əlaqə baxımından əsas məsələdir. Son müharibədən sonra Tehranın mövqeyi iqtisadi coğrafiyadan təsirlənəcəkdir. İran indi Hindistan, Çin və Rusiya iqtisadi layihələrinə qarşılıqlı əlaqələndirici olmaq üçün daha böyük hərəkətin bir hissəsini təşkil edən liman və dəmir yolu inkişaf strategiyasını davam etdirdi. Cənubi Qafqaz baxımından Avrasiya İqtisadi İttifaqı vacibdir və İran üçün Azərbaycan Hind okeanından Baltik limanlarına qədər uzanan Şimal-Cənub İqtisadi Dəhlizində tranzit yollar üçün çox vacibdir. Sovet dövründən qalma dəmir yollarını dirçəltmək üçün Rusiyanın səyləri bölgəni və Rusiya ilə ticarət əlaqələrini genişləndirməyə imkan verəcəyi üçün Tehranı da bundan böyük faydalanana çevirə bilər.
İran Cənubi Qafqazdakı dəyişən həqiqətlərə yavaş-yavaş köklənir. Çox şey qeyri-müəyyən olaraq qalır. Tehran güc balansını öz lehinə necə çevirə bilər? Bakı ilə daha çox əlaqələr qurmağın bir yolu görünür - regional əməkdaşlıq platformalarının təklif edilməsi. Ancaq seçimindən asılı olmayaraq, İran bölgədəki köklü Türkiyə və Rusiya təsiri ilə qarşılaşacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”