17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qarabağdakı sülhməramlılar yeni işğal planı hazırlayır - Politoloq
Tarix: 28-04-2021 16:00 | Bölmə: Slayd
Qarabağdakı sülhməramlılar yeni işğal planı hazırlayır

“Gürcüstana minnətdar olmalıyıq ki, Rusiyadan Ermənistana gedən silahla dolu iki yük avtomobilinin qarşısını kəsib. Hər halda rusların qarşısında dura bilirlər. Hesab edirəm ki, ruslar özünü Qafqazın hakimi-mütləqi, ağası hesab edir”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Rusiyadan Ermənistana silah daşıyan iki yük avtomobilinin Gürcüstanda saxlanmasını haqda məlumatı şərh edərkən deyib.

C. Nuriyev əlavə edib ki, Rusiyadan gətirilən bu silahların Ermənistana və oradan da Xankəndi şəhərinə aparılacağı ehtimalı gözardı edilməməlidir: “Çünki Qarabağda sülhməramlı adı altında olan ordu yeni işğal planı hazırlayır”.

Politoloq qeyd edib ki, dünyada onlarla sülhməramlı missiya var, amma onlar Qarabağdakı rus hərbçilərindən fərqli olaraq, özlərinin nə milli, nə də hərbi bayramlarını keçirmir, parad haqda düşünmürlər: “Rusların Afrika və Avropada da sülhməramlıları var. Niyə orada qələbə paradı keçirmirlər? Yalnız Azərbaycandakı sülhməramlılar bunu etmək istəyirlər. Burada rusların əsas məqsədi Qafqazın onlara məxsus olduğunu göstərməkdir. Yəni “Ağa Nəzərəm, belə gəzərəm” iddiasını ortaya qoyurlar. Məncə, belə davranışın gələcəyi çox pis olacaq. Əgər belə davam edərsə, növbəti ildə rus sülhməramlılarının başqa iddialarına da şahidlik edəcəyik”.

Mütəxəssis diqqətə çatdırıb ki, hələ bu günə qədər Xocavənddə faşist Nijdenin heykəli götürülməyib: “Oraya rus sülhməramlıları nəzarət edir. Bu o deməkdir ki, Azərbaycan ciddi işləməlidir, vəziyyətə adekvat olmalıdır. Amma indi Rusiya işğalçılıq siyasəti yürüdür, Azərbaycan isə sülh siyasəti aparır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}