16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Pentaqon UNO-larla bağlı yeni araşdırmalara başlayır - Foto
Tarix: 05-05-2021 14:10 | Bölmə: Slayd
Pentaqon UNO-larla bağlı yeni araşdırmalara başlayır

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Müfəttişliyi nazirliyin naməlum uçan obyektlər (UNO) kimi təqdim edilən “Naməlum Hava Hadisələri” ilə bağlı addımların atılmasını müəyyənləşdirmək üçün yeni araşdırmalara başlayıb.

Reyting.az
xəbər verir ki, Pentaqonun Baş Müfəttişliyi (Nəzarət idarəsi) ABŞ ordusunun fərqli dövrlərdə çəkdiyi və mətbuata sızan naməlum hava hadisələrinin görüntülərini araşdırır və bununla bağlı tədbirlər görməyi planlaşdırır.

Baş Müfəttişliyin məlumatına görə, 2021-ci ilin mayından bu məsələni araşdırmağın məqsədi Müdafiə Nazirliyinin “Naməlum Hava Hadisələri” ilə əlaqədar atılacaq addımları müəyyənləşdirməkdir.

Bu araşdırmanın məqsədi və əhatə dairəsinin dəyişə biləcəyi qeyd olunur, araşdırmanın Müdafiə Nazirliyi, Qüvvət Komandanlığı, Döyüş Komandanlığı qurumları, Müdafiə agentlikləri və Hərbi Cinayət Araşdırma birliklərini əhatə edəcəyinə diqqət çəkilir.

Məlumat üçün bildirək ki, Pentaqon 2007 və 2017-ci illərdə ABŞ mətbuatına sızdırlan iki ayrı naməlum hava hadisəsinin - UNO görüntülərinin ABŞ ordusu tərəfindən 2002 və 2015-ci illərdə çəkildiyini təsdiqləyib.

Pentaqon o zaman bəyan edib ki, aparılan detallı araşdırmadan sonra nazirlik bu görüntülərin rəsmi olaraq paylaşılmasında hər hansı bir həssas sistem və qabiliyyət aşkar etmədiyini, kənardan hərbi hava sahəsinə kimliyi bilinməyən müdaxilənin olub-olmadığına dair araşdırmaya təsir etmədiyinə qərar verib.



Pentaqon bu görüntülərin həqiqiliyinə və ya bunlara bənzər daha çox görüntülərin olub-olmadığına dair anlaşılmazlıqları aradan qaldırmaq üçün paylaşdığını elan edib. Əlavə olunub ki, görüntülərdəki hava hadisələri “bilinməyən” hadisə kimi qiymətləndirilir.

Görüntülərdə pilotlar tərəfindən yuvarlaq bir cism görülsə də, təyyarələrin radarında qeydə alınmır, üstəlik, bu yad cisimlərin həddən artıq sürətlə hərəkəti diqqət çəkir.

Yeri gəlmişkən, ABŞ mətbuatı ölkə ordusuna bu obyektləri axtarmaq üçün milyonlarla dollar ayrıldığına dair iddialar da irəli sürür.

Bundan başqa, aprelin 11-də ortaya çıxan və pramida şəklində UNO görüntüsünün gerçək olduğu və ABŞ donanması tərəfindən çəkildiyi rəsmən təsdiqlənib. 2019-cu ildə dəniz qüvvələri tərəfindən geçəgörmə cihazından istifadə edərək çəkilən görüntülərdə əsgərlərin olduğu gəmidən 700 fut uzaqlıqda pramida şəklində cisimlərə rast gəlinir.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin sabiq direktoru Con Ratklife UNO-larla bağlı açıqlamasında deyib ki, səs sürətini asanlıqla arxada qoyan obyektlərə dair faktlar var. O, naməlum cisimlərin açıqlanmayan manevrlər etdiyini, bu görüntülərin bəzilərinin mətbuata sızdığını açıqlayıb.

Sabiq kəşfiyyatçı əlavə edib ki, xalqa açıqlanan görüntülərindən daha çoxu mövcuddur və hələlik tirajlanmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}