Abid Şərifovun həyat yoldaşını məhkəməyə veriblər - Qalmaqal
Tarix: 09-06-2021 12:15 | Bölmə: Slayd
Abid Şərifovun həyat yoldaşını məhkəməyə veriblər

Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

Məlumata görə, S. Şərifovaya qarşı "Bulaq-2" MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılıb.

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Kazımova Sədaqət Abbas qızı, Məmmədova Mahirə Mehman qızı, Hidayətli Elvin Əkrəm oğlu yaşayır.

S. Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və S. Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi Rayon Məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.(Unikal.org)

Reyting.az




Bölməyə aid digər xəbərlər