UNO-larla bağlı məxfi hesabat açıqlanıb: 114 hava müşahidəsi qeydə alınıb - Fotolar
Tarix: 26-06-2021 15:22 | Bölmə: Slayd
UNO-larla bağlı məxfi hesabat açıqlanıb: 114 hava müşahidəsi qeydə alınıb

Son dövrlər ABŞ-ın üst-üstə açıqladığı Pentaqon, Federal Təhlükəsizlik Agentliyi (FTB), Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) kimi qurumların nəzarətindən keçən Uçan Naməlum Obyektlər (UNO) hesabatı dünyanın gündəmini məşğul edir.

Reyting.az
xəbər verir ki, son olaraq ABŞ-ın Milli Kəşfiyyat Direktorluğu tərəfindən açıqlanan və UNO-ların varlığı ilə sensasiyalı ifadələrin yer aldığı hesabat səs-küyə səbəb olub.

ABŞ Milli Kəşfiyyat Direktorluğunun UNO olaraq bilinən naməlum hava hadisələri ilə bağlı hesabatı artıq ictimaiyyətə açıqlanıb.



Hesabatda 2004 və 2021-ci illər arasında naməlum hava hadisələrinin araşdırıldığı bildirilib.

ABŞ hökumətinə bağlı qaynaqlardan 144 hava müşahidəsinin qeydə alındığı qeyd edilən hesabatda bunlardan 80-dən artığının sensor vasitəsilə izləndiyinə diqqət çəkilir.

Tanınmayan naməlum obyektlərin əsasən ABŞ ordusuna aid təlim sahələri yaxınlığında müşahidə edildiyi qeyd olunan hesabatda buna səbəb kimi həmin sahələrdə çoxsaylı radar və sensor cihazlarının olması ilə əlaqəli ola biləcəyi vurğulanıb.

Raporda uçuş forması baxımından araşdırılan 21 naməlum cisimdən 18-nin qeyri-adi uçuş və hərəkət xüsusiyyəti göstərdiyinə vurğu edilib.

Bu cisimlərin bəzilərinin havadan asılı qaldığı, bəzilərinin küləyə əks istiqamətdə uçduğu, bəzilərinin qəfildən çox sürət yığdığı və qəfildən də sürətinin azaldıldığı qeyd edilib.

Raporda mahiyyəti məlum olmayan hava hadisələri üçün vahid bir izahatın olmadığı vurğulanıb. Bunların havada qalan bir qalıq ola və ya atmosfer şəraitindən qaynaqlana biləcəyi ifadə olunur.



Eyni zamanda bunun xarici bir gücə aid bir təcrübə parçası ola biləcəyi qeyd olunan hesabatda “bu bəlli olmayan hava hadisələri eyni zamanda ABŞ qurumları tərəfindən həyata keçirilən gizli proqramlar da ola bilər”,- ifadəsi xüsusi diqqət çəkir. Bu versiyada diqqət daha çox Rusiya, Çin və ABŞ-ın öz fəaliyyəti ola biləcəyinə işarə edilib.

Məruzədə UNO-larla əlaqəli başqa bir variantın hələ elmi cəhətdən izah olunmayan obyektlər ola biləcəyi də xatırladılıb.

Raporun tam məxfi versyası ilə tanış olan Konqres rəsmiləri detallı açıqlamaların olmaması səbəbindən xəyal qırıqlığı yaşadıqlarını dilə gətirərkən hesabatın indiyə qədər olan suallara cavab vermədiyini, daha çox suallar ortaya çıxardığı qənaətini bölüşüblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər