BMT-nin qorxunc hesabatı: rus muzdluları almaz yataqlarına görə Afrikada qətliamlar törədir
Tarix: 28-06-2021 11:12 | Bölmə: Slayd
BMT-nin qorxunc hesabatı: rus muzdluları almaz yataqlarına görə Afrikada qətliamlar törədir

Rus muzdlu döyüşçüləri Liviya və Afrikanın müxtəlif bölgələrində baş verən ağır cinayətlərdə iştirak edirlər.

Reyting.az
xəbər verir ki, rus muzdluların cinayət törətdiyi ölkələrdən biri də Mərkəzi Afrika Respublikasıdır. Zəngin almaz yataqlarına sahib olan bu ölkədə rus muzdlu döyüşçülərin törətdiyi qətliamlar BMT-nin hesabatında da yer alıb.

BMT mütəxəssislərinin hazırladığı hesabat “Nyu York Times” qəzetinə sızıb.

Hesabatda Mərkəzi Afrika Respublikasında bir sıra cinayətlərin rus muzdlu döyüşçüləri tərəfindən törədildiyi qeyd edilir.

Mülki insanların evlərini qarət edən muzdlu döyüşçülər El-Takva məscidinə edilən hücum zamanı 1 qadın və 1 körpə də daxil olmaqla 12 nəfəri qətlə yetiriblər.



Hesabatda qeyd olunur ki, Mərkəzi Afrika Respublikasında on ildir davam edən vətəndaş müharibəsində rus muzdlu döyüşçüləri də iştirak edirlər. Ölkədəki böyük almaz yataqlarını əldə etmək üçün bölgədə olan rus muzdlu döyüşçülər ölkə idarəçiləri ilə ticarət əlqələri yaratmaqda da ittiham olunurlar.

Rapora görə, bu ticarət əlaqələrini davam etdirmək məqsədilə muzdlu döyüşçülər müxalifəti qorxutmaq, təsadüfi qətllər və məktəblərə basqınlar kimi bir sıra cinayətlərin də iştirakçılarıdır.

Qeyd olunur ki, Mərkəzi Afrika Respublikası 2012-ci ildən etibarən başlayan daxili silahlı qarşıdurmaları dayandırmaq məqsədilə Rusiyadan yardım istəyib. Kreml bu çağırışdan sonra BMT-nin razılığı əsasında bölgəyə silahsız təmsilçilər göndərib. Az sonra isə bu şəxslərin muzdlu olduğu ortaya çıxıb. Rusiya səlahiyyətliləri bölgəyə 550 təlimatçı göndərdiklərini desələr də, BMT-nin hesabatlarında onların sayının 2100 nəfərdən az olmadığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər