Kosmik müharibə təhlükəsi artır
Tarix: 29-06-2021 12:24 | Bölmə: Slayd
Kosmik müharibə təhlükəsi artır

Çin və Rusiyanın kosmosdakı hərəkətləri ABŞ-ın narahatlığını artırıb. ABŞ-ın Yer orbitindəki maraqlarını qorumaq üçün planlar qurduğu bildirilsə də, yeni bir hesabatda kosmosda müharibə ola biləcəyi təxmin edilir.

Reyting.az
xəbər verir ki, ABŞ-ın Hava Qüvvələri Araşdırma Laboratoriyasının (AFRL) Kosmik Vasitələr Agentliyinin yeni hesabatı yayılıb.

Hesabatda ABŞ hərbi maraqlarının Ayı əhatə edən və digər ölkələrin də girməyə çalışdığı cislunar bölgəsində daha da artırılacağı ifadə olunub.

Sənəddə ABŞ hərbi maraqlarının Yer səthində və ondan 272.000 milə qədər olan ərazilərdə on qat artırılacağı və bu bölgənin yaxın gələcəkdə ABŞ maraqlarını qorumaq üçün döyüş cəbhəsi ola biləcəyinə diqqət çəkilir.

22 iyun tarixli hesabatda kəşf edilməyən bu bölgə üçün kosmik gəmi hazırlamalı olacaq hərbi mütəxəssislər hazırlandığı bildirilib.

Hesabatda ABŞ ordusunun, eyni zamanda Yer orbitindən kənarda Aya səyahət etmək üçün kosmik gəmi texnologiyasının inkişafı planlarına diqqət çəkilir. Hesabatda Yer üçün yeni izləmə sistemləri üzərində işləməyin lazım olduğu xüsusilə qeyd edilir.

Məlumat üçün bildirək ki, bu yaxınlarda ABŞ müdafiə texnologiyaları mövzusunda keçirilən “Defence One Tech” zirvə konfransında çıxış edən Kosmos Gəmiçiliyi müdiri və hava qüvvələri polkovniki Erik Felt “kosmik müharibə fərqli şəkildə Soyuq müharibə ilə oxşar olacaq”,- ifadəsindən istifadə edərək narahatlığını dilə gətirib. Polkovnik kosmik müharibəni nüvə müharibəsinə bənzədərək deyib ki, burada nüvə müharibəsi kimi ilk zərbəni endirmək özünü müdafiə etməkdən daha asandır.

Onu da qeyd edək ki, son 10 ildə Rusiya və Çin kosmosda ciddi fəallıq göstərir. Bu ölkələr, ələlxüsus da Çin ildə bir neçə dəfə kosmosa gəmi göndərərək, Ay da daxil olmaqla müxtəlif yerlərdə araşdırmalar aparırlar. İndi açıqlanan hesabat göstərir ki, artıq bu ölkələr arasında kosmosda ciddi rəqabət başlayır. ABŞ-ın kosmosdan Yerə nəzarət sistemlərini yaratmaq istəyi isə ən modern texnologiya hesab olunmaqla yanaşı Çin və Rusiya kimi ölkələrə kosmosdan nəzarəti həyata keçirməsi deməkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər