Rusiya və Çin ABŞ-a qarşı: Asiya-Sakit okean ərazisi uğrunda mübarizə başlayır
Tarix: 30-06-2021 12:32 | Bölmə: Slayd
Rusiya və Çin ABŞ-a qarşı: Asiya-Sakit okean ərazisi uğrunda mübarizə başlayır

ABŞ Asiya-Sakit okean bölgəsi üzərində nəzarəti saxlamağa, Hindistan da daxil olmaqla Çinə qarşı koalisiya yaratmağa çalışır.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

ABŞ kəşfiyyat qurumlarının Asiya-Sakit okean ərazisini böyük güclər arasında “rəqabət meydanı” olaraq gördüklərini diqqətə çatdıran Kostyukov bildirib ki, ABŞ-ın qarşıdurmaya meyli dünya iqtisadiyyatının lokomotivi olan Asiya-Sakit okean bölgəsində özünü tam göstərir: “ABŞ qlobal ticarətin 100-də 45 faizinə sahib olmaqla paralel, bu bölgəyə nəzarət etməyi hədəfləyir”.

Kəşfiyyatçı deyib ki, ABŞ bu mərhələni inkişaf etdirmək üçün “Dördlük təhlükəsizlik dialoqu” adı altında Çinə qarşı koalisiya qurmağa çalışır. Onun sözlərinə görə, Vaşinqton Avstraliya və Yaponiyanı, eləcədə Hindistanı bu platformaya daxil etmək istəyir.

Yeri gəlmişkən, konfransda çıxış edən Rusiya Müdafiə naziri Sergey Şoyqu da bir sıra fikirləri ilə gündəmə gəlib.

Əfqanıstan məsələsinə toxunan Şoyqu NATO hərbi qüvvələrinin 20 ildən çoxdur bu ölkədə olduğuna diqqət çəkib. Bu müddət ərzində Əfqanıstanda sağlam dövlətin əsaslarının yaradılmadığını xatırladan Şoyqunun fikrincə, NATO bu ölkədən çıxdıqdan sonra xalqın durumunun pisləşəcəyi, böyük miqrasiyanın yaşanacağı və ekstemizmin qonşu ölkələrə yayılması kimi halların baş verəcəyi ilə yanaşı daxili vətəndaş müharibəsinin yaşana biləcəyini də qeyd edib.

Cənubi Şərqi Asiya və Asiya-Sakit okean bölgəsində təhlükəsizliklə əlaqəli problemlərin olduğuna diqqət çəkən Şoyqu bildirib ki, bu bölgədəki hərbi əməliyyatların qarşısını almaq üçün ikitərəfli razılaşmaları ehtiva edən mexanizmlər olmalıdır. Bu kimi problemlərin həllinə kömək etməyə hazır olduqlarını dilə gətirən Şoyqu əlavə edib ki, raket əleyhinə müdafiə sistemlərinin sözügedən bölgədə yerləşdirildiyini və bunun bölgədə sabitliyi pozduğunu bildirib.

Bu arada Çin ABŞ-ı dünya düzənini yıxmaqda ittiham edib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Vanq Venbin Amerikanı dünya düzəninin ən böyük dağıdıcısı adlandırıb. Diplomat ABŞ-ın digər ölkələrə qarşı sanksiyalar tətbiq etmək və hərbi baxımdan onları təhdid edərək dünya düzənini dağıtdığını bildirib.

XİN rəsmisi Çin və Rusiya dövlət başçılarının son müzakirələrinə toxunarkən əlavə edib ki, iki liderin rəhbərliyi altında Pekin və Moskva münasibətləri güclü siyasi etimad və qarşılıqlı maraqlarla tarixin ən yaxşı mərhələsinə daxil olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər