Sülhməramlılar Qarabağdakı cinayətkar erməni dəstələrini himayə edir - Deputat
Tarix: 01-07-2021 11:34 | Bölmə: Slayd
Sülhməramlılar Qarabağdakı cinayətkar erməni dəstələrini himayə edir

“Rusiya prezidenti Putin Qarabağ haqqında danışanda hansı əhalini nəzərdə tutduğunu deyə bilmərəm. Çünki Putinin göndərdiyi sülhməramlılar Qarabağa gəldikləri gündən bizi doğma yurd-yuvamızdan didərgin salan və bizə qarşı soyqırımı törədən əhalinin cinayətkar hissəsinə, ermənilərə xidmət edirlər. Daha dəqiqi, onların təminatı ilə məşğul olurlar, sosial müdafiəsi və təhlükəsizliyinə dair işlər görürlər”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Rusiya prezidenti Vladimir Putinin dünən verdiyi Qarabağ açıqlamasını şərh edərkən deyib.

E. Məmmədov bildirib ki, zamanında həmin ərazidən çıxarılan və qovulan insanların yurd-yuvasına qaytarılması ilə bağlı cənab Putinin təşəbbüsünü göməyib: “Deyəsən, heç belə bir fikirləri də yoxdur. Yəqin ki, Putin sülh və dostluq içində yaşamaq, insanların həyatını yaxşılaşdırmaq üçün şərait yaradacaqlarından danışanda daha çox Qarabağdakı erməniləri nəzərdə tutur. Yəni onun dediyi bizə aid deyil.

İkincisi, bölgədə sülh məsələsinə gəldikdə, Vladimir Putindən, elə başqalarından da öncə regionda dayanıqlı sülhün təmin edilməsinə dair çağırışları Azərbaycan prezidenti İlham Əliyev edir. Müharibə dövründə, müharibədən sonrakı dövrdə və bu gün də cənab İlham Əliyev bütün dünyaya sülh mesajı verir, erməniləri də sülhə dəvət edir. Regionda sülh olmasa, bu, heç kəsin xeyrinə olmayacaq. Xüsusilə dalana dirənən ermənilərin xeyrinə deyil. Ermənilərin yeganə çıxış yolu qonşularla sülh şəraitində yaşamaq və əməkdaşlıqdır. Xüsusilə Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamalıdır. Əgər cənab Putin də bunu nəzərdə tutursa, bu halda sülhməramlıların komandnı Rüstəm Muradova göstəriş versin. Muradov da bu gün Azərbaycan ərazisində və onların himayəsində olan separatçı cinayətkar qurumu Xankəndindən rədd etsin, separatçıları da Azərbaycana təhvil versin. Və Azərbaycan ərazisindəki Ermənistana və separatçılara məxsus terrorçu, diversant dəstələri ərazimizdən çıxarsınlar. Sülh istəyirlərsə, bu problemləri həll etməlidirlər. Yox, əgər sözgəlişi deyirsə, Azərbaycan bu problemi özü həll etməli olacaq və imkan verməyəcək ki, ərazisində separatçı cinayətkar qurum fəaliyyət göstərsin. Azərbaycan anti-terror əməliyyatı keçirib ərazisini bu zibillərdən təmizləyəcək.

Əlbəttə, mən cənab Putinin sülh çağırışını dəstəkləyirəm. Həm də arzu edirəm ki, bu çağırış sözdə deyil, tezliklə əməldə həyata keçirilsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər