Lotu Qulinin qətlinə görə 4 nəfər saxlanılıb - Əməliyyat
Tarix: 03-07-2021 09:47 | Bölmə: Slayd
Lotu Qulinin qətlinə görə 4 nəfər saxlanılıb

Türkiyə polisi “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətli ilə bağlı əməliyyat keçirib. Əməliyyat nəticəsində şübhəli şəxs qismində 4 nəfər saxlanılıb.

Reyting.az
yenicağ.az-a istinadla xəbər verir ki, aparılan araşdırmalar nəticəsində saxlanılan 4 nəfərin Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə əlaqələri müəyyənləşdirilib.

Məlumata görə, Rövşən Lənkəranskinin qətlindən sonra sui-qəsd edilən “Lotu Quli”nin intiqam üçün öldürüldüyü qənaətinə gəlinib.

Namiq Canıyevin axtarışları isə davam edir.

Qeyd edək ki, “Lotu Quli” cinayət ilə bağlı ən son Türkiyənin tanınmış mafiya lideri Sedat Pekər iddialar səsləndirmişdi.




Bölməyə aid digər xəbərlər