09:01 / 29-05-2025
İlon Mask sabotaja əl atıb
Qubadlı, Laçın və Kəlbəcərin də minalanmış ərazilərinin xəritəsi alınacaq
Tarix: 05-07-2021 14:06 | Bölmə: Slayd
Qubadlı, Laçın və Kəlbəcərin də minalanmış ərazilərinin xəritəsi alınacaq

“Minalanmış ərzilərin xəritələrinin Ermənistandan alınması Azərbaycan liderinin məharəti və diplomatiyasının aramsız işləri sayəsində baş verir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan tərəfinin Füzuli və Zəngilan rayonlarının minalanmış ərazilərinin xəritələrini Ermənistandan almasından danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan diplomatiyası Ermənistana beynəlxalq təzyiqləri gücləndirərək işğaldan azad edilən rayonların minalanmış ərazilərinin xəritələrini almağa başlayıb. Onun sözlərinə görə, qarşıda yeni işlər var: “Ermənistan məcbur olacaq ki, Qubadlı, Laçın, Kəlbəcər və digər ərazilərin də xəritəsini Bakıya təqdim etsin. Başqa çıxış yolları yoxdur”.

A. Mollazadə xüsusilə qeyd edib ki, xəritələrin olmaması işğaldan azad edilən ərazilərə qayıdış planı qarşısında böyük məneə sayılırdı. Bu səbəbdən yüz minlərlə azərbaycanlı öz yurduna qayıda bilmir:

“Azərbaycanın işğaldan azad edilən ərazilərlə bağlı böyük planları var. Söhbət həmin şəhər və kəndlərin yenidən qurulmasından, infrastruktur layihələrindən, inşa prosesindən gedir. Bəli, xəritələrin əldə olunması bu prosesləri sürətləndirəcək. Düşünürəm ki, ərazilərin minalardan təmizlənməsi inşaat-yenidənqurma prosesini sürətlənməsinə gətirib çıxaracaq”.

A. Mollazadənin sözlərinə görə, Ermənistan bilməlidir ki, hansısa revanş, əsassız ərazi iddiaları bu ölkəni məhvə aparacaq:

“Ermənistanın yeganə çıxış yolu əməkdaşlıq, qonşuları ilə ədavətə son qoymaq və Azərbaycanın təklif etdiyi layihələrdə iştirakdır. Əks təqdirdə Ermənistan bir dövlət kimi mövcud olmayacaq”.

Milli Məclis üzvü deyib ki, Azərbaycanın minalanmış ərazilərin xəritələrini tədricən əldə etməsi azad olunmuş ərazilərin bərpasını sürətləndirəcək: “Minalar bu prosesə ciddi maneə törədirdi. İndi bu problemin qarşısı alındı. Deməli, bərpa prosesi daha sürətlə aparılacaq.

İkincisi, xəritələrin əldə olunması Azərbaycanın mülki əhalisini itkilərdən sığortalayacaq. Həmçinin bu, infrastruktur layihələrini həyata keçirən əməkdaşların da həyatı üçün vacibdir. Bir sözlə, proses sürətlənəcək. Nəticədə Qarabağın bərpa planı işləməyə başlayacaq.

Aydındır ki, minalanmış ərazilər insanlığa qarşı böyük təhlükədir. Ərazilər minalardan təmizlənməlidir ki, işlər normal məcrada aparılsın”.

Deputat diqqətə çatdırıb ki, Füzuli rayonunun minalanmış ərazilərinin xəritəsinin əldə edilməsi xüsusən təqdirəlayiqdir: “Bəli, Qarabağın bütün kənd və rayonları bizim üçün xüsusi əhəmiyyətə malikdir. Ancaq Füzuli həm də Qarabağın açarı rolunda çıxış edir, burada hava limanı, digər layihələr, yol-infrastruktur işləri həyata keçirilir. Bu baxımdan Füzulinin tam olaraq minalardan təmizlənməsinin əhəmiyyəti daha böyükdür. Füzuli kimi bizim digər kənd və şəhərlərimiz də minalardan təmizlənəcək və bərpa prosesinə başlanılacaq. Qarabağın hər bir daşı bizim üçün xüsusi əhəmiyyətə malikdir. 30 ildən sonra Azərbaycan əsgəri haqq-ədaləti bərpa edib. İndisə rayonların yenidən qurulması işi aparılır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir
21-05-2025, 08:22 NATO parçalana bilər