12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyəcək
Tarix: 20-05-2025 09:33 | Bölmə: Slayd
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyəcək

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Reyting.az
CNN-ə istinadla xəbər verir ki, Donald Tramp bu sözləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib.

Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini Putinin Ukraynaya qarşı başlatdığı müharibənin həllində irəliləyişə “şans yaranması” ilə əlaqələndirir.

"Düşünürəm ki, nəyəsə nail olmaq şansı var və bunu etsək (sanksiyalar tətbiq etsək – red.), o zaman vəziyyət xeyli pisləşə bilər", - Tramp bildirib.

Qeyd edək ki, Tramp Putinlə söhbətindən sonra Ukrayna və Rusiyanın “dərhal” atəşkəslə bağlı danışıqlara başlayacağını bildirsə də, telefon danışığı zamanı Rusiya lideri Ukraynada qeyd-şərtsiz atəşkəs ideyasını yenidən rədd edib.

Onu da qeyd edək ki, Trampdan fərqli olaraq, Ukraynanın avropalı himayədarları Rusiyaya və onun liderinə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər