Agentliyin tenderi ləğv olunub
Tarix: 29-05-2025 09:23 | Bölmə: İqtisadiyyat
Agentliyin tenderi ləğv olunub

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi dərman ala bilmir.

Məlumata görə, buna səbəb qurumun dərman ləvazimatlarının alınması ilə bağlı tenderin ləğv edilməsidir.

Satınalma iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasına görə ləğv olunub.

Tenderin dəyəri 115 834 AZN olub(pravda).




Bölməyə aid digər xəbərlər