“Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur” - Professor
Tarix: 05-07-2021 14:40 | Bölmə: Slayd
“Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur”

“Ermənistan çöküb və Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur”.

Bunu Reyting.az-a professor Rüstəm Məmmədov deyib. R. Məmmədov buna misal kimi Ermənistanın uzun aylardan sonra işğaldan azad edilmiş üç rayonun minalanmış ərazilərinin xəritələrini Azərbaycana təqdim etməsini göstərib.

Beynəlxalq hüquq üzrə professor hesab edir ki, Ağdamdan sonra Füzuli və Zəngilanın minalanmış ərazilərinin xəritələrinin Ermənistandan alınması əslində Azərbaycan diplomatiyası ilə yanaşı Silahlı Qüvvələrimizin də uğurudur: “Məhz Azərbaycan Ordusunun əks-hücum əməliyyatı sayəsində Ermənistan ordusu ram edilib. İndi də diplomatiya bu xəritələri onlardan almaq üçün mübarizə aparır və alır”.

R. Məmmədovun fikrincə, minalanmış ərazilərin xəritələri Azərbaycana hava-su kimi lazımdır:

“Əvvəla bu minalar daha Azərbaycan vətəndaşlarını partlada bilməyəcək. İnsanlarımızın minaya düşmə ehtimalı azalacaq. Yəni insan itkisini minuma endirəcək. Bunun qarşısını xeyli alacaq.

İkincisi, Azərbaycan əraziləri minalardan təmizlədikdən sonra işğaldan azad edilən ərazilərə faktiki qayıdış prosesinə başlanılacaq. Əlbəttə, orada bərpa işləri aparılmalıdır. Ancaq düşməndən xəritələrin alınması Azərbaycan əhalisinin təhlükəsizliyini təmin edəcək.

Üçüncüsü, bu addım işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı sahəsinə, xüsusilə əkin-biçin, heyvandarlıq fəaliyyəti baxımından riskləri minimuma endirəcək.

Başqa sözlə, xəritələrin alınması böyük əhəmiyyət kəsb edir. Hansı istiqamətdən baxmağımızdan asılı olmayaraq, bu, Azərbaycanın xeyrinə olan hadisədir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər