Deputat: “Kommunikasiya və delimitasiya məsələsi təxirəsalınmadan işlənməlidir”
Tarix: 07-07-2021 13:13 | Bölmə: Slayd
Deputat: “Kommunikasiya və delimitasiya məsələsi təxirəsalınmadan işlənməlidir”

“Ermənistanda da qanuni prosedurlar var. Yeni seçilmiş parlament sentyabrda toplaşacaq. Bu vaxta qədər seçkilərlə əlaqədar yerli və yüksək instansiyalı məhkəmələrə müraciət edilə, araşdırmalar tələb oluna bilər. Həm də yayda tətildir. Köhnə parlament tətilə çıxıb. Adətən ən tezi parlament sentyabrın əvvəli və ya avqustun sonunda başlaya bilər. Mən bilmirəm Ermənistana prosedurlar necədir, ancaq hər halda yeni parlament sentyabrdan tez fəaliyyətə başlamaz”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti onsuz da Nikol Paşinyanın nəzarətindədir. Bu səbəbdən də Paşinyan tələskənliyə yol vermir:

“Başqa bir məqam da var. Ola bilsin ki, Paşinyanın seçki siyahısında xeyli insan icra strukturlarında yer tapacaq. Yəni yerdəyişmələr olacaq. Kimlərsə deputat kimi işləyəcək, kimlərsə icra orqanlarına təyinat alacaq. Düşünürəm ki, indi bu məsələlər orada götür-qoy edilir. Səlahiyyələri müvəqqəti olsa belə əlində saxlayan Nikol Paşinyan da tələsik addımlar atmağı məqbu saymır”.

Deputat deyib ki, indiki halda üçtərəfli komissiyalar ciddi danışıqlara başlamalıdır: “Dəhliz-kommunikasiya məsələləri ətrafında müzakirələri nəzərdə tuturam. Seçki zamanı bu proses dondurulmuşdu. Digər tərəfdən, sərhədlərin delimitasiyası ilə əlaqədar üçtərəfli komissiya yaradılmalıdır. Bu iki məsələ təxirəsalınmadan işlənməlidir. Yəni hazırlıq görmədən qəfil hansısa qərar vermək mümkün deyil. Məncə, ola bilsin ki, Putin həm də bu məqamlara görə Paşinyanı Moskvaya çağırtdırıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər