Dünya şokda: Beynəlxalq Kosmik Stansiyası 10 UNO görüntüləyib - Video
Tarix: 08-07-2021 12:47 | Bölmə: Slayd
Dünya şokda: Beynəlxalq Kosmik Stansiyası 10 UNO görüntüləyib

Dünya NASA-nın Beynəlxalq Kosmik Stansiyasından (İSS) canlı yayımdan danışır.

Reyting.az
xəbər verir ki, canlı yayımda görüntülərdə ən azı 10 Uçan Naməlum Obyektdən (UNO) bəhs edilir.

Sözsüz ki, Yerdən kənar həyat axtarışı dünyanının gündəmində qalsa da, ancaq kainatda insan övladının tək olduğunu sübut edən bir kəşf də baş verməyib.

Lakin son UNO görüntülərindən və izahatlardan sonra dünyada bu sahəyə maraq yenidən artıb.

Yerin orbitində fəaliyyət göstərən NASA-nın Beynəlxalq Kosmik Stansiyasının kamerasına yapışdırılan görüntülər yeni müzakirələrin başlanmasına səbəb olub. Bu görüntülərdə mütəxəssislər ən azı 10 ədəd UNO gördüyünü açıqlayır.

İyulun 3-də baş verən hadisəni “Mr MBB333” adlı istifadəçi fərq edib. İstifadəçinin YouTube-yə yüklədiyi görüntülər qısa zaman ərzində ciddi səs-küyə səbəb olub.

Məlumat üçün qeyd edək ki, son UNO görüntülərindən bir müddət əvvəl ABŞ-da UNO-larla bağlı hesabat yayılıb. Hesabatda Pentaqonun pilotları tərəfindən son 20 il ərzində bildirilən 140-dan çox iş araşdırılıb. Bu çəkilişlərin çoxu 2014-cü ilin yayında və 2015-ci ilin payızında baş verib.

Məlumata görə, Amerika kəşfiyyatının səlahiyyətli şəxsləri donanma pilotlarının gördüyü UNO-ların arxasında yadplanetlilərin olduğuna inanmırlar. Ancaq bu uçan cisimlərin nə olduğunu da izah edə bilmirlər.

Hesabat bu hadisələrin ABŞ-ın hərbi əməliyyatlarının bir hissəsi olmadığını təsdiqləyir.



Reyting.az




Bölməyə aid digər xəbərlər