Qarabağ iqtisadi rayonunun yaradılması ermənilərə hansı mesajı verir?
Tarix: 08-07-2021 18:46 | Bölmə: Slayd
Qarabağ iqtisadi rayonunun yaradılması ermənilərə hansı mesajı verir?

“İqtisadi rayonlar yaradılıb və bəzi dəyişikliklər baş verib. Yaradılan iqtisadi rayonların inkişafı nəzərdə tutulur. Ancaq burada xüsusi bir məqam var. Prezident bu fərmanı iyulun 7-də imzaladı. Bu da tarixi gündür. 1923-cü ilin 7 iyul tarixində heç bir hüquqi əsas olmadan Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurumun yaradıldığı gündür. 7 iyulda prezident bu fərmanı imzalamaqla keçmiş Dağlıq Qarabağa aid olan rayonları başqa iqtisadi rayonların ərazisinə daxil etdi. Bu da ermənilərə və himayədarlarına mesajdır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov ötən gün prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonu elan etməsinin əhəmiyyətindən danışarkən deyib.

Elman Məmmədovun fikrincə, prezident İlham Əliyev bu addımla ermənilərə və onların havadarlarına mesaj verir ki, artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi yoxdur. Prezidentin məlum fərmanı bunun təsdiqidir: “Bununla biz nə demək istəyirik və məqsədimiz nədir? Bütün iqtisadi rayonlar kimi Qarabağ iqtisadi rayonuna daxil olan şəhər və rayonlarımız - Ağcabədi, Ağdam, Xocalı, Xocavənd, Xankəndi ilə birləşdirilir, digər tərəfdən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Ermənilərə demək istəyirik ki, bu gün müəyyən səbəblərə görə və müvəqqəti olaraq siz hələ orada varsınız. Amma yaxın vaxtlarda oradan təmizlənəcəksiniz. Biz digər ərazilərimiz kimi oranı da öz iqtisadi rayonlarımıza daxil etmişik və o yerlərin iqtisadi inkişafı ilə məşğul olacağıq. Başqa rayonlarımız kimi oraları da qurub yaradacağıq. Bu, onlara xəbərdarlıqdır ki, ağlınızı başınıza yığın və başınızın çarəsini qılın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər