18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
13:37 / 18-06-2025
Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxır
13:33 / 18-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:22 / 18-06-2025
TikTok qadağası daha 90 gün təxirə salınıb
13:18 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
13:12 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:44 / 18-06-2025
Müdafiə naziri Türkiyə-İran sərhədinə gəlib
12:34 / 18-06-2025
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
11:49 / 18-06-2025
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
11:41 / 18-06-2025
Prokurorluq: "Restoranlarda artan zəhərlənmələrə qarşı tədbir görülür"
11:31 / 18-06-2025
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
11:30 / 18-06-2025
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
11:28 / 18-06-2025
Fikrət Məmmədov təltif olunub
11:17 / 18-06-2025
Kiyevə kütləvi hücum: qurbanların sayı artır - Foto
11:07 / 18-06-2025
Trampın nümayəndəsi Lukaşenko ilə görüşə hazırlaşır
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

18:49 / 13-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

22:31 / 13-06-2025

19:03 / 13-06-2025

09:58 / 16-06-2025

23:40 / 13-06-2025

14:29 / 14-06-2025

Qarabağ məsələsi yenidən müzakirə olunub - Foto
Tarix: 12-07-2021 20:01 | Bölmə: Slayd

“Qarabağa Rusiyadan baxış” adlı elmi-praktik konfrans keçirilib. Reyting.az xəbər verir ki, konfrans Beynəlxalq Qarabağ Forumu (BQF) və Rusiya Federasiyası Moskva Vilayəti Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə reallaşıb.
Konfransı giriş sözü ilə Beynəlxalq Qarabağ Forumunun koordinatoru, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Rusiya Federasiyası Moskva Vilayəti Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov açıblar.
Konfransda Rusiyanın Qarabağa yönəltdiyi siyasəti, bu siyasətin Azərbaycanın maraqlarına uyğun olaraq dəyişdirilməsi üçün daxili və xarici amillərdən istifadə olunması, Rusiyada uyğun ictimai rəyin formalaşdırılması, Rusiyanın imkanlarından səmərəli istifadə istiqamətlərində fikir mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.
Konfransa Rusiyadan tanınmış tədqiqatçı Hikmət Cavadov moderatorluq edib. Hikmət Cavadov qarşıda dayanan məsələlərlə bağlı məlumat verib.
Konfransda Rusiyadan professor Rəfael Qəribov, tədqiqatçı Hikmət Cavadov, Ukraynadan professor Məhəmməd İsrafiloğlu məruzələrlə çıxış ediblər.
Rəfael Qəribov deyib ki, uzun müddət belə bir ifadə, belə bir mövqe yer alırdı ki, Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır: “Bu məsələyə bir az da dərindən yanaşmaq lazımdır. Təbii, Rusiyanın rolu var, Rusiya regionun aparıcı dövlətlərindən biridir. Və Rusiyanın regionda, Cənubi Qafqazda iştirakı müəyyən şərtlər daxlində mümkündür, Rusiyadan tam şəkildə imtina etmək yox, Rusiyanın imkanlarından istifadə etmək daha çox xeyir gətirə bilər”.
O, bir məsələni də xüsusi qeyd edib ki, Azərbaycan döyüş meydanında ciddi nəticələr əldə edib, bu nəticələri masa arxasında daha da inkişaf etdirmək və tam qələbəyə çevirmək çox vacibdir.
Rəfael Qəribov vurğulayıb ki, indiki reallığı dərk etmək üçün tarixi paralellər gətirmək vacibdir və hər şey özümüzdən asılıdır, özümüz düzgün siyasət yeridəriksə, müsbət nəticələrə nail ola bilərik. O cümlədən Rusiya faktorundan istifadə etməklə daha sıx və səmərəli əməkdaşlığa nail olmaq mümkündür.
Konfransa Ukraynadan qatılan Məhəmməd İsrafiloğlu məruzəsində Rusiya-Türkiyə-İran üçbucağının son yüzilliklərdə ciddi rol oynadığını, bu faktların nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb. O, Ermənistanın son yüz il ərzində regionda pozuculuq işi ilə məşğul olduğunu və Rusiyanın rolunun nəzərə alınmasını vacibliyini qeyd edib. Onun sözlərinə görə, Rusiyanın siyasətinin bir çox məqamları Azərbaycanın maraqlarına cavab vermir, amma bu o demək deyil ki, Rusiyaya qarşı savaş açmalıyıq. Rusiya ilə qarşı-qarşıya gəlmək, konfrantasiya Azərbaycanın maraqlarına cavab vermir. Rusiyanın imkanlarından istifadə etmək daha düzgün olardı.
Digər məruzəçi Hikmət Cavadov diqqətə çatdırıb ki, son günlərdə Minsk qrupu həmsədrləri olan ölkələrin səfirlərinin Şuşa səfərində iştirak etməməsi təbii ki, ciddi narahatlıq doğurur, amma bu məsələyə müəyyən diplomatik prizmadan baxmaq gərəkdir. Rusiyanın rolu da mütləq nəzərə alınmalıdır. Rusiyanın daxilində müxtəlif siyasi qüvvələr var və bir məsələni nəzərə almaq lazımdır ki, 44 günlük müharibənin gedişində Rusiyada əksər siyasi qüvvələr demək olar, Ermənistanın tərəfində olub. Amma Rusiya hakimiyyəti daha nizamlı, ölçülü siyasət yeridib, ən azından Azərbaycana döyüş meydanında ciddi maneçilik törətməyib: “Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarına da diqqətlə yanaşmalıyıq, onlar çıxışlarında “Qarabağ münaqişəsi” ifadəsini işlətmədilər. Bu onu göstərir ki, Rusiya rəhbərliyi Azərbaycanın mövqeyi ilə hesablaşır və ən azından nəzərə alır”.
Akif Nağı konfransın işində bir sıra məqamların nəzərə alınmasını təkilf edib. O, diqqəti ona yönəldib ki, kənardan Rusiyanın siyasətinə təsir etmək imkanları məhduddur. İstər Azərbaycan, istərsə də Azərbaycanın müttəfiqləri, o cümlədən Türkiyə Rusiyanın siyasətinə ciddi şəkildə təsir etmək imkanında deyil: “Rusiyanın daxilində gedən proseslər bizim üçün maraqlıdır, Rusiya hakimiyyətinin mövqeyində dəyişiklik varmı, Cənubi Qafqaz regionu ilə bağlı siyasətdə dəyişiklik varmı, yumşalma varmı və yaxud, Rusiyanın siyasi elitasında fərqli mövqe tutan qüvvələr varmı, regionda Azərbaycanın Türkiyə ilə birlikdə əldə etdiyi nəticələrlə Rusiya siyasi elitası hesablaşırmı? Bu məsələlərə aydınlıq gətirilməsi çox vacibdir və bu məsələdə Rusiyada yaşayan ekspertlərin, o cümlədən Rusiyadan kənarda yaşayan, amma Rusiyadakı prosesləri diqqətlə izləyən ekspertlərin fikrinin nəzərə alınması vacibdir”.
Azərbaycandan tarix doktoru Boran Əziz çıxışında tarixi hadisələrə, yaxın-uzaq keçmişə müraciət edib. Onun sözlərinə görə, indiyə qədər Rusiyadan istədiymiz mövqeyi görməmişik, Rusiya çox vaxt Azərbaycanla imzaladığı sənədlərə əməl etməyib, verdiyi sözləri tutmayıb. O qeyd edib ki, Azərbaycan cəmiyyətində Rusiyanın regiona gələn sülhməramlıları ilə bağlı narahatlıq var: “Onların hansı rolu oynayacağı, 366-cı alayın Qarabağda törətdiyi cinayətləri təkrar edəcəkmi, 367-ci alay kimi regiona gəlib, yoxsa başqa mövqe tutacağı maraq doğurur. Cəmiyyəti, o cümlədən tədqiqatçı və ekspertləri də bu sual narahat edir. İstəyirik ki, Rusiya regionda Azərbaycan amili ilə hesablaşsın və Azərbaycanla bağlı, regionla bağlı daha düzgün və obyektiv mövqe tutsun”.
Rusiyada yaşayan professor Kamran Rüstəmov bir çox məsələlərə diqqəti cəlb edib və bir neçə dəfə çıxış edərək vacib məqamları vurğulayıb. O, diplomatların son Şuşa səfəri zamanı 3 həmsədr ölkə səfirlərinin iştirak etməməsini bir daha diqqətə çatdırıb və vurğulayıb ki, səfirlər bir az öncə işğaldan azad olunmuş digər rayonlara səfərlərdə iştirak ediblər: “Amma Şuşa səfərinə qatılmadılar. Bu, o anlama gəlir ki, onlar hələ də Şuşanı Azərbaycan ərazisi hesab etməkdən çəkinir və yaxud bir qədər ehtiyatlı mövqe tuturlar. Bu məsələyə aydınlıq gətirilməlidir”.
K. Rüstəmov Rusiya amilinin regionda həlledici olduğunu diqqətə çatdırıb və bu gün Rusiya ilə Türkiyə arsında yaranmış münasibətlərdən istifadə etməyin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu gün müəyyən mərkəzlər dünyada qarşıdurma yaratmağa çalışırlar. Məsələn, islam ölkələrinin bir araya gəlməsinə imkan vermir, islam ölkələrinin daxilində ziddiyyətlər yaradırlar və yaxud slavyan dünyasının da daxilində, hətta pravoslav ölkələrini də bir-birinə qarşı qoymağa çalışırlar. Təbii ki, burada müəyyən məqsədlər güdürlər.
K. Rüstəmov Qarabağ iqtisadi zonası və Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasının əhəmiyyətini də vurğulayıb. Deyib ki, bu, ilk baxışdan iqtisadi hədəfə yönəlib, amma daha çox siyasi məqsədləri güdür: “Bunu müsbət hal kimi dəyərləndirmək lazımdır”.
K. Rüstəmov ermənilərin Rusiyada fəaliyyətinə diqqət yönəldib və böyük pullar hesabına mediada, müəyyən hakimiyyət strukturlarında öz məqsədlərinə nail olduqlarını qeyd edib.
Türkiyədən konfransa qatılan professor Toğrul İsmayıl Rusiya–Türkiyə münasibətləri, Azərbaycan-Rusiya münasibətləri və digər məsələlərə diqqəti yönəldib. Onun sözlərinə görə, Rusiya əvvəlki yüzilliklərdən, məsələn, çar Rusiyasının dövründə və yaxud bolşeviklərin dövründəki siyasətindən fərqli mövqe tutur: “Rusiya dövlətinin xarakteri xeyli dəyişib”.
T. İsmayıl qeyd edib ki, təbii, Rusiya da öz maraqlarından çıxış edir və bu mənada Azərbaycandan və regiondan çıxmaq istəmir, mövqeyini gücləndirməyə çalışır: “Rusiyanın Azərbaycana və Türkiyəyə münasibətdə siyasətinin dəyişməsi üçün bizim tutacağımız mövqedən, siyasətmizidən çox asılıdır”.

Türkiyədən professor Kərəm Karabulut həm iqtisadi, həm də siyasi amillərə diqqət yönəldib: “Türkiyə cəmiyyəti, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan məsələsinə çox həssasdır”.
O, tarixə qısa ekskurs edərək, Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsini xatırladıb və bu ədalətsizliyin aradan qaldırılmasını, Zəngəzurun bütövlükdə öz tarixi sahibinə qaytarılmasının vacibliyni vurğulayıb. Bunun üçün Türkiyə və Azərbaycanın birlikdə fəaliyyətinin vacibliyini qeyd edib. O, xüsusi vurğulayıb ki, Rusiya bu gün Türkiyə və Azərbaycanın mövqeyi ilə hesablaşır və düzgün siyasət yeridir.
Türkiyədən tanınmış təşkilat rəhbəri, araşdırmaçı alim Ziya Zakir Acar Türkiyə-Azərbaycan münasibətlərinin vacibliyini, bu münasibətlərin daha da sıx olması, müxtəlif istiqamətləri əhatə etməsi üçün yorulmadan çalışmağın vacibliyini qeyd edib. O, bu sahədə illərdir gördükləri işlərdən danışıb, bu məsələlərə xüsusi önəm verdiklərini vurğulayıb.
Z. Z. Acar deyib ki, 44 günlük müharibə zamanı Türkiyə tam şəkildə Azərbaycanın yanında oldu, həm dövlət olaraq, həm də cəmiyyət olaraq. O, Şuşa Bəyannaməsinin əhəmiyyətini və həmin Bəyannamənin ruhuna uyğun olaraq bütün ictimai təşkilatların, siyasi qurumların, vətəndaşların birlikdə fəaliyyətinin vacibliyini qeyd edib.
Azərbaycandan tarix elmləri doktoru, professor Qasım Hacıyev Azərbaycan –Türkiyə münasibətlərinin xüsusi bir səviyyədə olduğunu bir daha diqqətə çatdırıb və deyib ki, məhz bu birliyin nəticəsində Rusiya regionda öz siyasətinə düzəlişlər edir.
Q. Hacıyev Azərbaycanın Qarabağla bağlı siyasətini, xüsusilə də elm sahəsində aparılan işləri üç dövrə böldüyünü qeyd edib: “Birinci dövrə sovet dövrünə qədərki illər, sovet dövrü deyilən zaman və müstəqillik dövründən başlayaraq aparılan işlər”.
Hər dövrün xüsusiyyətini qeyd edən və müstəqillik dövründə xüsusi imkanların yarandığını və geniş işlərin aparıldığını vurğulayıb. O, qeyd edib ki, regionda Rusiya – Türkiyə münasibətləri çox önəmlidir, son 200 il ərzində Rusiya və Türkiyə ilk dəfədir ki, müəyyən şərtlər daxilində eyni mövqedən çıxış edirlər. Bu, çox vacib məsələdir. Və Azərbaycan öz siyasətində bunu nəzərə almalıdır.
İsveçdən diaspor rəhbəri, Regional parlamentin üzvü İradə Əliyeva –Söderberq çıxışlarda maraqlı məqamların olduğunu qeyd edib, buna görə hər kəsə təşəkkürünü bildirib. Vurğulayıb ki, bəzi məlumatlara görə, Rusiyada 3 milyondan artıq azərbaycanlı yaşayır. Bu azərbaycanlıların potensial imkanlarından geniş istifadə olunmalıdır.
O, müqayisə üçün bildirib ki, 3 milyon əhali Ermənistanın əhalsinə bərabərdir, yəni bu böyük bir qüvvədir, bu qüvvədən nizamlı şəkildə istifadə olunmalıdır.
İradə xanım Rusiyanın hələ də imperiya siyasətindən əl çəkmədiyini təəssüf hissi ilə qeyd edib və bunun Azərbaycana ciddi mane olduğunu, amma uyğun işlər aparılarsa vəziyyətin dəyişdirilməsinin mümkünlüyünü qeyd edib.
İradə xanım İkinci Qarabağ müharibəsi zamanı İsveçdə aparılan işlərlə bağlı məlumat verib. O, bütün çətinliklərə baxmayaraq ermənilərin iddialarını bacarıqla dəf etdiklərini, KİV-də çıxışları, hətta dəfələrlə TV-də canlı yayım üçün müraciət etdiklərini, lakin müsbət cavab almadıqlarını bildirib.
İradə xanımın Rusiyada yaşayan azərbaycanlıların sayı və ermənilərin sayına nisbəti ilə bağlı fikirlərinə münasibət bildirən Hikmət Cavadov qeyd edib ki, statistikaya görə Rusiyada azərbaycanlıların sayı ermənilərin sayı ilə bərabərdir və hətta ermənilərin sayı bir qədər artıqdır, rəmsi pasport qeydiyyatından keçən əhali nəzərdə tutulur. Hikmət Cavadov bunu deməklə say məsələsinin önəm daşımadığını, səmərəli iş görmək üçün düzgün siyasətin yeridilməsinin vacibliyini qeyd edib.
Ukraynadan professor Fərhad Turanlı bir sıra vacib məsələləri diqqətə çatdırıb, o cümlədən diaspor təşkilatlarının əlaqəli işləmələrinin vacibliyini vurğulayıb, Ukrayna və Rusiya diaspor təşkilatlarının əlaqələrinin zəif olmasını qeyd edib. O, xüsusi olaraq vurğulayıb ki, Rusiyada Azərbaycan diaspor təşkilatları vasitəsi ilə düzgün ictimai rəyin formalaşdırılması, hakimyyətin siyasətinə təsir imkanlarının artırılması çox vacibdir.
F. Turanlı bir məsələni də qeyd edib ki, müəyyən aşağılayıcı komplekslərdən xilas olmaq lazımdır. Bu din məsələsinə də, siyasi məsələlərin gündəmə gətirilməsinə də, Rusiyada təhsil sisteminin verdiyi imkanlara da və digər məsələlərə də aiddir.
Konfrans iştirakçılarından Mehriban Abdullayeva, Sözer Akyıldırım, Səyavuş Mustafayev və digərləri müzakirə olunan məsələlərə münasibət bildiriblər.
Rusiyadan təşkilat rəhbəri Elşən İbrahimov bütün çıxışlara görə hər kəsə təşəkkür edib, verilən təkliflərin əhəmiyyətli olduğunu deyib. O, xüsusi qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra qətiyyən arxayınlşmaq olmaz, həddindən artıq ağır vəzifələr qarşıda dayanır, ermənilər bütün istiqamətlərdə Azərbaycanın üzərinə yeriyir, Azərbaycana və Türkiyəyə qarşı yalan təbliğat kampaniyasını genişləndirir: “Ona görə də biz işlərimizi daha genişləndirməli, məsuliyyətimizi daha da artırmalıyıq”.
Sonda Akif Nağı, Hikmət Cavadov və Elşən İbrahimov məruzələrə və çıxışlara, verilən təkliflərə öz münasibətlərini bildiriblər, əməl edilməli olan əsas məsələlərin istiqamətlərini müəyyənləşdiriblər, bundan sonra bu konfransda deyilən təkilfləri və məsələləri nəzərə almaqla işlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Bu gün, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Bu gün, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
Bu gün, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Bu gün, 08:30
Günəşdə güclü partlayış baş verib
Dünən, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Dünən, 17:42
İrandakı rejimi dəyişirlər?
Dünən, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Dünən, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Dünən, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Dünən, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək