Azərbaycan Ordusunun zabiti özünü güllələyib - İntihar
Tarix: 13-07-2021 10:33 | Bölmə: Slayd
Azərbaycan Ordusunun zabiti özünü güllələyib

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər