Bakıdakı erməni kökənli vətəndaşlarımızın Xankəndi ilə xalq diplomatiyasına cəlbi təklif olunur
Tarix: 13-07-2021 14:29 | Bölmə: Slayd
Bakıdakı erməni kökənli vətəndaşlarımızın Xankəndi ilə xalq diplomatiyasına cəlbi təklif olunur

“Azərbaycan və Ermənistanın birbaşa dialoqa girməsini mümkünsüz hesab etmirəm. Azərbaycan buna getməlidir. Hesab edirəm ki, bunun yolu var”.

Bu fikirləri Reyting.az-a sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev xatırladıb ki, biz bir zamanlar Dağlıq Qarabağda xalq diplomatiyası deyilən siyasət həyata keçirilib. Onun sözlərinə görə, o vaxtkı prezident Ayaz Mütəllibov Azərbaycanda məmur olan yarıerməniləri bir ay müddətinə Xankəndi şəhərinə göndərib: “Orada əksəriyyətinin qohumları var idi. Onlar gedib kəndlərdə öz qohumları ilə danışır, bildirirdilər ki, Azərbaycan dövlətinin məqsədi sizi buradan çıxarmaq deyil, qalın, adam kimi yaşayın. Amma həmin dördə İrəvandan gəlib oradakı erməniləri bizə qarşı qızışdırırdılar. Hesab edirəm ki, indi bunu yenidən sınaqdan keçirmək olar”.

C. Nuriyevin fikrincə, Azərbaycanda 30 mindən çox erməni yaşayır: “Eləcədə məmur olan erməni kökənli şəxslərimiz də olmamış deyil. Hesab edirəm ki, bu mərhələdə onlar bizim işimizə yarıya bilərlər. Çünki Qarabağdakı ermənilər onları qəbul edirlər. Həm də keçmiş Dağlıq Qarabağın ərazisində olanların qohumlarından Bakıda yaşayanlar var. Elə Ermənistanda yaşamış və sovet vaxtı bura köçənlər də az deyil. Məncə, Azərbaycan Xankəndi ilə danışıqlarda belə şəxslərdən istifadə edə bilər”.

Belə bir ssenarinin bir zamanlar sınaqdan keçirildiyini bildirən C. Nuriyev hesab edir ki, bunun təkrarlanması uğurlu alına bilər: “Bizdə xanımı, anası erməni olanlar var. Axtarsanız, onların arasında vəzifədə çalışanları da az deyil. Bax, onlar çox iş görə, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərlə əlaqədə körpü rolunu oynaya bilərlər. Mən inanıram ki, bu iş uğurlu alınar”.




Bölməyə aid digər xəbərlər