Qarabağdakı Rusiya sülhməramlıları ermənilərin hərbi cinayətlərinə göz yumur
Tarix: 15-07-2021 11:11 | Bölmə: Slayd
Qarabağdakı Rusiya sülhməramlıları ermənilərin hərbi cinayətlərinə göz yumur

“Qarabağdakı silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq”,- demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla cavab verirlər”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, erməni separatçılarının sağa-sola atəş açması Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, separatçılara özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur:

“Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib. Münaqişə o zaman bitəcək ki, Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar, Qarabağdakı erməni separatçıları tərkisilah olunacaq, Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq, Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq. Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək tezdir”.




Bölməyə aid digər xəbərlər