İran ABŞ-dan möhlət istəyib - Yeni prezidentə görə
Tarix: 15-07-2021 12:10 | Bölmə: Slayd
İran ABŞ-dan möhlət istəyib - Yeni prezidentə görə
İran prezidenti İ. Rəisi

“ABŞ, Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqları yenidən davam etdirməyə hazır idi, lakin Tehran ölkənin yeni prezidentinin avqust ayında vəzifəsinə başlamasına qədər prosesin təxirə salınmasını istəyib”.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin rəsmisinə istinadla xəbər verib. "Biz danışıqları davam etdirməyə hazır idik, lakin iranlılar yeni prezidentin inauqurasiyasına görə daha çox vaxt istədilər. İran bu prosesi başa vurduqda, danışıqları davam etdirmək üçün Vyanaya qayıtmağı planlaşdırırıq. JCPOA (Nüvə Proqramı üçün Birgə Hərtərəfli Fəaliyyət Planı) ilə uyğunlaşma yollarını axtarmaqla maraqlanmaqda davam edirik, lakin bu təklif sonsuza qədər qüvvədə qalmayacaq".

Bundan əvvəl “Axios" informasiya portalı öz mənbəsinə istinadla ABŞ rəhbərliyinin İranın yeni prezidentinin andiçmə mərasimindən əvvəl qalan müddətdə JCPOA-ya qayıtma ilə bağlı Tehranla razılaşmaq niyyətində olduğunu bildirmişdi. Mənbə deyib ki, İranda hakimiyyətin ötürülməsindən sonra razılaşmanın nə dərəcədə mümkün olacağı ilə bağlı ciddi ehtiyatlanmalar var.

Aprel ayından bəri Vyanada JCPOA-nı orijinal formada bərpa etmək məqsədi ilə İranla beynəlxalq "beşlik" (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında fərdi görüşlər aparılıb. Üç işçi qrupdakı mütəxəssislər razılaşmanın tətbiqinin bərpa edilməsinə dair müqavilənin mətnini hazırlayırlar: İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi (və ABŞ-ın yenidən razılığa gəlməsi) və Tehranın nüvə öhdəliklərinin yerinə yetirilməsi.

Sazişdə iştirak edən dövlətlərin nümayəndələri də ABŞ nümayəndə heyəti ilə ayrıca məsləhətləşmələr aparırlar.

İndiyə qədər Vyanada Amerika emissarları ilə İran təmsilçiləri arasında birbaşa danışıqlar aparılmayıb.

İyunun 20-də İranın nüvə razılaşmasına dair aparılan danışıqların son mərhələsinə hazırlaşmaq üçün tərəflər işlərinə ara verib. Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun da qeyd etdiyi kimi, nüvə sazişinin bərpasına dair razılaşma tezliklə əldə olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər