18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
13:37 / 18-06-2025
Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxır
13:33 / 18-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:22 / 18-06-2025
TikTok qadağası daha 90 gün təxirə salınıb
13:18 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
13:12 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:44 / 18-06-2025
Müdafiə naziri Türkiyə-İran sərhədinə gəlib
12:34 / 18-06-2025
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
11:49 / 18-06-2025
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
11:41 / 18-06-2025
Prokurorluq: "Restoranlarda artan zəhərlənmələrə qarşı tədbir görülür"
11:31 / 18-06-2025
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
11:30 / 18-06-2025
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
11:28 / 18-06-2025
Fikrət Məmmədov təltif olunub
11:17 / 18-06-2025
Kiyevə kütləvi hücum: qurbanların sayı artır - Foto
11:07 / 18-06-2025
Trampın nümayəndəsi Lukaşenko ilə görüşə hazırlaşır
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

18:49 / 13-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

22:31 / 13-06-2025

19:03 / 13-06-2025

09:58 / 16-06-2025

23:40 / 13-06-2025

14:29 / 14-06-2025

“14 iyulda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə...” - Deputatın şərhi
Tarix: 15-07-2021 13:23 | Bölmə: Slayd

14 iyul Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür. 1969-cu ilin bu günü Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bundan sonra Azərbaycanda yeni dövr başlayıb. Digər sahələrlə yanaşı ölkə iqtisadiyyatında sürətli inkişafa start verilib, yeni-yeni sənaye müəssisələri açılıb, aqrar sektorda nəzərəçarpacaq irəliləyişlər qeydə alınıb.
Milli Məclisin deputatı Rüfət Quliyev Reyting.az-a açıqlamasında deyib ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəlməzdən əvvəl Azərbaycan iqtisadiyyatı 15 sovet respublikası arasında ən geridə qalan iqtisadiyyat olub.
Deputat bildirib ki, Heydər Əliyevin o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi praqmatik bir hərəkət olub: “Moskva bu addımı ona görə atdı ki, Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi olacağı halda ölkədə müsbətə doğru böyük dəyişikliklərin baş verəcəyinə inanırdı.
O vaxt Mərkəzi Komitənin katibi Mixail Suslov idi. O, ən praqmatik adamlardan biri idi və hər kəsə inanmırdı. Suslov ancaq təmiz işləyən kommunistlərə inanırdı. O, işini bilən, həmçinin işində heç bir rüşvətxorluq məsələsi olmayanlarla işləyirdi. Bu, ancaq respublika katiblərinə deyil, həmçinin o vaxtkı aparıcı kommunistlərə, SSRİ nazirlərinə də aid idi.
Suslov kimi hər adama inanmayan bir şəxs Heydər Əliyevə inandı, onu dəstəklədi”.
Deputatın sözlərinə görə, o vaxt birinci katib olmağın mexanizmindən biri də Moskvada bir neçə mərhələdən keçmək idi: “Moskva təklif verirdi, yerli partiya təşkilatı isə seçib təsdiqləyirdi. Suslov kimi insan Heydər Əliyevin fəaliyyətini bəyəndi və SSRİ Mərkəzi Komitəsinin təklifini dəstəklədi. Birmənalı olaraq ulu öndəri birinci katib vəzifəsinə təsdiqlədilər”.
R. Quliyev qeyd edib ki, H. Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf etməyə başlayıb:
“Sovet dönəmində Azərbaycanda tikilən ən böyük müəssisələr birmənalı olaraq ulu öndərin əməyinin nəticəsidir, onun təşəbbüsü, təklifi, təzyiqi ilə reallaşıb.
O vaxt Daşkənd şəhərində bir görüş olub, fikir formalaşıb ki, SSRİ-də kondisioner zavodu qurulsun. Həmin zavodu harada qurmaq haqqında çox düşünüblər. Hətta söhbət var idi ki, Orta Asiya ölkələrinin birində qurulsun. O zaman ulu öndər fürsətdən istifadə edərək Bakıda qurulmasını təklif edib. SSRİ rəhbəri Brejnev Əliyevin xətrini çox istəyib və o vaxt zavodun Bakıda qurulması ilə bağlı qərar verilib”.
Deputat xatırladıb ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda kənd təsərrüfatı da inkişaf etməyə başlayıb: “Pambıqçılıq, çayçılıq, üzümçülük - hamısı birmənalı ulu öndərin iqtisadi siyasəti ilə bağlı olan, onun təşəbbüsləri və nəzarəti altında gedən layihələr idi.
Neft-kimya sahəsi, Sumqayıt şəhərinin inkişafı da Əliyevin hakimiyyətə gəlişi ilə bağlıdır.
Lənkəran kimi balaca şəhərdə 54 dövlət müəssisəsi var idi.
Digər rayonlar da inkişaf etməyə başladı”.
R. Quliyev əlavə edib ki, H. Əliyevin hakimiyyətə gəlişi ilə ali təhsil sahəsində də böyük dəyişikliklər olub: “Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ-nin ən aparıcı ali məktəblərinə oxumağa göndərirdi. 1970-1971-ci illərdə 100-ə yaxın gənc artıq SSRİ-nin ən aparıcı universitetlərinin tələbəsi olmuşdu. Bunlar Moskva Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Leninqrad Dövlət Universiteti, Rostov, Odessa universitetləri və digərləri idi. Gənclər Orta Asiya ölkələrinə də göndərilirdi.
1981-ci ildə artıq mən də layihə çərçivəsində Kiyev Dövlət Universitetinin tələbəsi oldum. Ömrümün axırına qədər mən, həmçinin minlərlə gənc birinci katibin qayğısını yaddan çıxara bilmərik. Həmişə ümummilli liderə sadiq olacağıq.
1981-ci ildə 1100 nəfərdən yuxarı gənc başqa respublikalara ali təhsil almaq üçün göndərilirdi. Hər şey də dövlətin hesabına idi. SSRİ-də başqa belə bir respublika yox idi. Qayıdandan sonra hamımız işlə təmin olunurduq”.
Deputat bildirib ki, 1973-cü ildən Azərbaycan pillə-pillə yuxarı qalmağa başlayıb:
“1970-ci illərin ortalarında Azərbaycan SSRİ məkanında üç respublikadan biri idi ki, özünü bütün məhsullarla təmin edirdi.
Heydər Əliyevin vaxtında azərbaycanlıların Rusiya, Ukrayna, Mərkəzi Asiya ölkələrində nüfuzları qalxdı. O vaxt Azərbaycanın adı bütün dünyada eşidildi. Ona görə ki, ulu öndərin səyi nəticəsində Azərbaycan inkişaf etdi. İdman, mədəniyyət - hansı sahəyə toxunsan inkişaf görürdük. Mənə elə gəlir ki, 100 illər keçəcək, bütün bunlar dünyada yaşayan 50 milyondan çox azərbaycanlının yaddaşında qalacaq. Hamı bilməlidir ki, H. Əliyev Azərbaycanı SSRİ məkanında nömrə bir etdi. 100 illər keçsə də yenidən onun irsinə, dövlətçilik prinsiplərinə qayıdacağıq.
Həmçinin onun dövründə Azərbaycanda hərbi məktəblər yaradıldı. Eyni zamanda bir çox gənclər Ukraynaya, Rusiyaya hərbi təhsil almağa göndərildi. İndi onların əksəriyyəti generaldır. Əgər o vaxt bu proqram həyata keçirilməsəydi, hərbi ilə əlaqədar müəyyən problemlərimiz olardı”.
R. Quliyev sonda qeyd edib ki, hamımız ulu öndərə minnətdarıq: “Onun siyasi varisi bu gün möhtərəm prezident İlham Əliyevdir. Onun kursunu yüksək səviyyədə davam etdirir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Bu gün, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Bu gün, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
Bu gün, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Bu gün, 08:30
Günəşdə güclü partlayış baş verib
Dünən, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Dünən, 17:42
İrandakı rejimi dəyişirlər?
Dünən, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Dünən, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Dünən, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Dünən, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək