17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Azərbaycana qarşı güclü təxribat hazırlanır” - Politoloq
Tarix: 15-07-2021 16:58 | Bölmə: Slayd
“Azərbaycana qarşı güclü təxribat hazırlanır”

“Nikol Paşinyanın Moskva səfəri və orada apardığı danışıqlardan sonra Azərbaycana qarşı təxribatların sayı artıb. Ola bilsin ki, Paşinyan Moskvadan hansısa “siyasi resept”lə qayıdıb. Yəni bu proqrama uyğun hərəkət edir”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev deyib.

C. Nuriyev xatırladıb ki, Moskva səfərindən sonra Paşinyan öz köməkçisini Xankəndi şəhərinə göndərdiyini bildirib: “Eləcədə Zəngəzur, sərhədlər və rus ordusunun sərhədə yerləşdirilməsi ilə bağlı fikir və müraciətləri var. Eyni zamana Fransa prezidenti Makronun İrəvana səfər edəcəyi, həmsədrlərlə bağlı fikirlər mövcuddur. Əslində bütün bunlar göstərir ki, Azərbaycana qarşı güclü təxribat hazırlanır, lakin bu planın ssenarisini İrəvan yazmayıb. Sadəcə, bu siyasəti Paşinyanın əli ilə həyata keçirməyə çalışacaqlar. Azərbaycanın təklif etməsinə baxmayaraq ATƏT-in həmsədr dövlətlərinin Bakıdakı səfirlərinin Şuşaya getməməsi sanki bu planın girişidir. Mən belə təxribatların davam edəcəyinə inanıram. Azərbaycan buna hazır olmalıdır”.

Politoloqun ehtimalına görə, prezident Əliyev belə təhlükənin ola biləcəyini təxmin etdiyi, ola bilsin ki, bu barədə məlumatlı olduğu üçün həmin gün güclü siyasi gediş edib: “Mən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasını nəzərdə tuturam. Dünən təsadüfən prezident çıxış etmədi. Bildirdi ki, Ermənistan danışıqlara hazır deyil. Prezident açıq dedi ki, istənilən addımı ata bilərik. Yəni Ermənistanın arxasında duran qüvvələrə mesajını çatdırdı.

Digər tərəfdən, prezident Göyçə, Zəngəzur və İrəvan məsələsinə təsadüfən vurğu etmədi. Ümumən İlham Əliyev bu işə 2008-ci ildən başlayıb. 2013-cü ildə İrəvan məsələsini gündəmə gətirib. Ona görə də, Ermənistanda və Moskvada bizim əleyhimizə fikirlər səslənir. Məsələn, Dumanın komitə sədri Kalaşnikov hətta Türkiyəni də hədələyir. Deyir ki, Azərbaycana, Qazaxıstana, Türkmənistana, Özbəkistana adi türk dövləti kimi gələ bilərsən, bu bizim maraq və nüfuz dairəmizdədir.

Kalaşnikov kommunistdir. Onun Vladimir Putinin fikirlərini olduğu kimi çatdırması göstərir ki, Rusiyada neo-bolşevizm baş qaldırır. Putin yeni SSRİ yaratmaq ideyasını gündəmə gətirir və bunu yaratmaq istəyir. Biz artıq Rusiyanın yeni yaratdığı heç bir platformaya daxil olmamalıyıq. Düşünürəm ki, bunun əksinə olaraq MDB-dən çıxmaq haqqında düşünməliyik. MDB-də təmsilçilik bizə heç nə vermədi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}