III ixtisas qrupu üzrə 200-300 bal toplayanların universitetlərə qəbul olmaq şansı aşağıdır - Xəbərdarlıq
Tarix: 16-07-2021 12:08 | Bölmə: Slayd
III ixtisas qrupu üzrə 200-300 bal toplayanların universitetlərə qəbul olmaq şansı aşağıdır

“İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən imtahanda Tarix fənnindən salınmış test tapşırıqları orta ümumtəhsil məktəblərinin tədris proqramına tamamilə uyğun idi”.

Bunu Reyting.az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib. K. Əsədov bildirib ki, burada şagirdlərin istər bilik, istərsə də bacarıqlarını yoxlamaq üçün kifayət qədər test tapşırıqları olub və bunlar orta ümumtəhsil məhtəblərinin VI-XI siniflərini əhatə edib:

“Bildiyiniz kimi 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi mövzuları da qəbul imtahanlarında öz əksini tapdı. Tarix fənni tapşırıqlarından biri - açıq sual Vətən müharibəsinə həsr olunmuşdu və burada şagirdlərin dünyagörüşü, məlumatlılığı yoxlanılırdı. Vətən müharibəsi mövzusunda təqdim edilmiş test tapşırıqları imtahan iştirakçılarının Vətən müharibəsi ilə bağlı məlumatlılıq səviyyəsini yoxlayırdı”.


K. Əsədov

Ekspertin sözlərinə görə, test tapşırıqlarına bu il ilk dəfə 3 xəritə tipli tapşırıq da salınıb: “Bu, abituriyentlərin dünyagörüşünü, eyni zamanda xəritə biliklərini yoxlamağa imkan verdi. Burada sinxron suallar var idi. Test tapşırıqlarının məzmununu təhlil edəndə görürük ki, Azərbaycan Tarixi və Ümumi Tarix arasında balans qorunub və Azərbaycan tarixinin ən mühüm hadisələri suallarda öz əksini tapıb.

Bu il təqdim edilmiş test tapşırıqlarından 22-si qapalı, 5-i açıq, 3-ü isə situasiya tipli sual idi. Məntiqi düşüncə tələb edən, abituriyentlərin problemli situasiyadan çıxış bacarığını yoxlayan kifayət qədər suallar var idi”.

K. Əsədov qeyd edib ki, builki imtahanların təhlilinə əsasən, III ixtisas qrupunda abituriyentlərin sayının çox olmasına görə, 200-300 bal toplayanların universitetlərə qəbul şansı kifayət qədər aşağıdır:

“II qrupdakı abituriyentlərin şansı digər qruplarla müqayisədə daha yaxşıdır, çünki burada abituriyentlərin sayı ilə plan yerlərinin sayı uğurludur. Ümumiyyətlə, builki qəbul imtahanlarının ilkin nəticələrini təhlil edirik. Çünki bütün ixtisas qrupları üzrə aprel ayında buraxılış imtahanları olub, iyulun 1-2-si əvvəlki illərin məzunları üçün imtahanların I mərhələsi keçirilib. İlkin nəticələrə əsasən deyə bilərik ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında III qrup abituriyentləri müsabiqə şərtlərində çox diqqətli olmalıdır. İxtisas seçimi zamanı III qrupun abituriyentləri diqqətli olmasalar, hətta yüksək balla belə qəbul olmamaq kimi problem yaşayacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}