10:36 / 18-06-2025
DİM sədri: "Bəzi ixtisaslar üzrə ballar artırıla bilər"
10:29 / 18-06-2025
Füzulinin üç kəndinin elektrik xəttinin çəkilişinə bir milyon xərclənəcək
10:17 / 18-06-2025
Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir
09:59 / 18-06-2025
İtaliyanın 29 vətəndaşı İrandan Azərbaycana gəlib
09:41 / 18-06-2025
Bakıda rəssam emalatxanasında ölü tapılıb
09:30 / 18-06-2025
Sadiq Qurbanov: "Bu xətt Naxçıvanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq” - Video
09:29 / 18-06-2025
Kamran Əliyev Ləmbəranskini vəzifədən çıxarıb
09:22 / 18-06-2025
Putinin qohumlarına və Yeltsinin qızına sanksiya tətbiq ediblər
09:19 / 18-06-2025
İcra başçısına sui-qəsddə ittiham olunan şəxsə hökm oxunub
09:11 / 18-06-2025
"Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub
08:34 / 18-06-2025
İsrail-İran: həlledici 48 saat
08:30 / 18-06-2025
Günəşdə güclü partlayış baş verib
08:24 / 18-06-2025
Jirinovskinin nüvə müharibəsi ilə bağlı münəccimliyi...
08:19 / 18-06-2025
İki məşhurun ailəsi dağılıb
08:14 / 18-06-2025
İsrail Tehrana zərbələrini davam etdirir
08:09 / 18-06-2025
Makronun Qrenlandiya səfəri Trampı qıcıqlandırıb
08:01 / 18-06-2025
Təl-Əvivlə Tehran arasında ən yaxşı vasitəçi Rusiya və Azərbaycandır
07:51 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
07:44 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib
22:59 / 17-06-2025
İranın keçmiş prezidenti Tehranda öldürülüb - (Yenilənib)
22:42 / 17-06-2025
Hacıqabulda 30 yaşlı şəxs bıçaqlanıb
22:15 / 17-06-2025
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
21:50 / 17-06-2025
İsazadə: İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər
18:48 / 17-06-2025
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
18:34 / 17-06-2025
XİN sözçüsü: "Qaynar xətlərə daxil olan müraciətlərə gündəlik baxılır"
18:00 / 17-06-2025
Natiq Cəfərli: "İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”
17:48 / 17-06-2025
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
17:42 / 17-06-2025
İrandakı rejimi dəyişirlər?
17:17 / 17-06-2025
Dörd şəhər psixopatlar üçün daha əlverişlidir
17:09 / 17-06-2025
Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olub
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

17:06 / 13-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

08:51 / 14-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

16:50 / 13-06-2025

22:31 / 13-06-2025

19:03 / 13-06-2025

Rusiyadakı qüvvələr Azərbaycana qarşı təhlükəli oyuna başlayıb
Tarix: 12-08-2021 16:29 | Bölmə: Slayd

“Seçki öncəsi Rusiyadakı hansısa qüvvələr müəyyən siyasi oyunlar oynayırlar. Əslində Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinin üçtərəfli sazişə zidd hərəkətləri böyük şübhələrə səbəb olub. Çünki bu, ilk növbədə Rusiya Federasiyası Prezidentinin imzasına hörmətsizlik əlamətidir. Rusiya hər bir istiqamətdə maraqlı olmalıdır ki, Putinin imzaladığı saziş, razılaşma icra olunsun. Hazırki fərqli vəziyyət isə ciddi şübhələr yaradır. Mənə elə gəlir ki, baş verənlər Rusiyada seçkiöncəsi hansısa proseslərlə əlaqəlidir”.
Bunu Reyting.az-a Azərbaycan-Rusiya münasibətlərindən danışan deputat Asim Mollazadə deyib.
Üçtərəfli sazişin icrasına alternativ görmədiyini bildirən deputat əlavə edib ki, Ermənistan reallıqla hesablaşmalı, real vəziyyətə baxaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolunu seçməlidir: “Bu, bölgədə erməni dövlətinin qalması üçün yeganə xilas yoludur. Hansısa müharibə istəkləri, revanşlar onların məhvinə gətirib çıxara bilər. Ümidvaram ki, yaxın müddətdə rus sülhməramlıları da üçtərəfli sazişdən irəli gələn zəruri addımları atacaqlar. Digər vəziyyətə gəldikdə isə Azərbaycanın kifayət qədər gücü var ki, fərqli proseslərin qarşısını alsın”.
Asim Mollazadə diqqətə çatdırıb ki, Rusiya Müdafiə naziri Sergey Şoyqunun Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək haqqında açıqlamasına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin İrəvana səfərinə təbii yanaşmaq lazımdır: “Burada yeni nüans yoxdur. Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Bu yeni məsələ deyil. Ermənistan silahlı qüvvələrinin böyük bir qismi əslində Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Ermənistanın bütün silahlarını Rusiya hədiyyə edib. Amma müharibədən əvvəl və elə müharibə zamanı da İran vasitəsilə Ermənistana külli miqdarda silah daşınsa da, bu, Ermənistana kömək etmədi”.
Deputat inanır ki, Azərbaycan və Rusiya arasındakı mövcud xırda məsələlər öz həllini tapacaq: “Rusiyada indi əsəbi seçkiöncəsi dövrdür, müxtəlif proseslər gedir. Düşünürəm ki, Azərbaycan-Rusiya münasibətləri normal qonşuluq, əməkdaşlıq və qarşılıqlı hörmət istiqamətlərində davam edəcək. Əks istiqamətdə inkişaf üçün perspektivlər görmürəm. Nə Rusiya nöqteyi-nəzərincə, nə də regionda gedən proseslər baxımından”.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin təhqiramiz çıxışlarına gəldikdə, Asim Mollazadə deyib ki, bu şəxsin belə coşmaları olur: “Belə hallar daha çox seçkilər ərəfəsində baş verir”.
A. Mollazadə gülməli bir əhvalatı da xatırladıb:
“Səhv etmirəmsə, prezident seçkiləri idi. Türk kanallarından birində Jirinovski türk dilində müsahibə verirdi. Ona sual verdilər ki, Rusiya prezidenti seçilsən Türkiyə ilə savaşamı hazırlaşacaq? Cavabında dedi ki, Türkiyəni çox sevir, amma aptal rusların xoşu gəldiyi üçün belə danışır. Yəni çəkinmədən ruslara “aptal” dedi.
Ola bilsin, Rusiyadakı hansısa qruplar Jirinovskinin sərsəm fikirlərinə diqqət edir, seçkilərdə ona səs verirdi. Amma indiki seçkilərdən əvvəl Jirinovski ona dəstək verəcək bir çox qrupları itirdi. Ola bilsin ki, indi onun sərsəmləri daha kəskin formada ifadə olunur. Fikrimcə, o, kiminsə ruporu deyil, öz oyunlarını oynayır”.
A. Mollazadə Jirinovski ilə bağlı daha bir məsələni xatırladıb: “Bu şəxs deyirdi ki, anası rus, atası hüquqşünasdır. İsrail kanallarında maraqlı kadrlar göstərmişdilər. Jirinovskini dəvət ediblər və o İsraildə atasının qəbrini ziyarət edir. Atası heç hüquqşünas da deyilmiş. Yəhudi inşaatçı olub, köçüb İsrailə. Jirinovskinin orada qohum-qardaşları da var. Televiziya kadrlarında da hönkür-hönkür ağlayırdı. Bundan sonra onun anti-semitizm istiqamətində olan fikirləri başa çatdı. Eyni düşüncə ilə Jirinovskinin Türkiyə və Azərbaycana qarşı fikirləri əslində seçkiqabağı özünə məxsus formada kampaniya aparmağa hesablanıb. Özü düşüncəsində olan seçicilərin səslərini qazanmaq üçün Türkiyə və Azərbaycana hücumlar edir. Bəlkə də erməni seçicilərinin səslərini qazanmaq üçün bu oyunları oynayır. Amma reallıqda Jirinovski dövrü bitib”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:30
Günəşdə güclü partlayış baş verib
Bu gün, 07:51
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
Bu gün, 07:44
Ağdama növbəti köç karvanı gedib
Dünən, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Dünən, 17:42
İrandakı rejimi dəyişirlər?
Dünən, 14:15
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
Dünən, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Dünən, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Dünən, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Dünən, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Dünən, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür