Ölkə ərazisində yağış və qar yağacaq - Xəbərdarlıq
Tarix: 23-11-2017 12:13 | Bölmə: Slayd
Ölkə ərazisində yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən bildirilib ki, noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Ölkə ərazisində də qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}