13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat tələb edir: “Keçmiş nazirlər oğurladıqları milyonları qaytarmalıdır”
Tarix: 19-12-2017 10:10 | Bölmə: Slayd
Deputat tələb edir: “Keçmiş nazirlər oğurladıqları milyonları qaytarmalıdır”

2017-ci il Azərbaycan siyasətində bir sıra gözlənilməz və səs-küylü hadisələrlə yadda qaldı. Söhbət təbii ki, ilk növbədə bəzi oliqarx nazirlərin işdən kənarlaşdırılmalarından gedir.

İllərdir tutduqları postlardan sui-istifadə edərək, varidat yığan həmin nazirlər istəməsələr də, adlarına "patentləşdirdikləri” kreslonu tərk etməli oldular.

2015-ci ildə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla başlayan "təmizləmə” hələlik vergilər naziri Fazil Məmmədovla yekunlaşsa da, kadr islahatının 2018-ci ildə də davam edəcəyi istisna edilmir.

Ölkənin təhlükəsizliyinə birbaşa cavabdeh qurumun rəhbəri Eldar Mahmudovun ev dustağı olmasından sonra, illərdir nəqliyyat sahəsində kök salmış oliqarx Ziya Məmmədov bu ilin fevralında nazir vəzifəsindən xaric edildi.

Payız son akkordlarını vergilər naziri Fazil Məmmədov üçün "vurdu”. Xəstəlikdənmi, ya vəzifədən sui-istifadədənmi, o da sabiqlər sırasına qoşuldu...

Heç kimə sirr deyil ki, Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov həddindən artıq varlanmış oliqarx-nazirlər idi.

Rus ədəbiyyatşünası Eduard Servusun dediyi kimi: "Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir”.

Başlarından pul səpələnən oliqarxlar da qeyri-rəsmi, dolayı, qanunsuz yollarla milyonlarla vəsait əldə etmişdilər. Təmizliyə riayət etmək isə mümkünsüz idi. Hətta onların taladıqları sərvətin səsi ofşorlardan belə gəlirdi. İndi isə mənimsədiklərini qaytarmaq zamanı çatıb.

Bir vaxtlar ölkədə ümumi gəlirlər bəyannaməsi sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlak və gəlirlərin leqallaşdırılmasından ağızdolusu danışan F.Məmmədov indi hesabat verir. Nəinki F.Məmmədov, Z.Məmmədov və E.Mahmudov da dövlətin büdcəsindən sildikləri bütün vəsaiti geri ödəməyə vadar edilir...

Deputat tələb edir: “Keçmiş nazirlər oğurladıqları milyonları qaytarmalıdır”

Reyting.az-ın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a deyib ki, dövlətin, xalqın pulunu, haqqını mənimsəmiş bütün korrupsionerlər son qəpiyinə qədər onu geri qaytarmalıdır:

"Onlar etdiklərinə layiqli məsuliyyət daşımalıdırlar. Bir hüquqşünas kimi bütün bu proseslərin hüquqi müstəvidə həyata keçirilməsinin tərəfdarıyam.
Bir yazı oxudum. Yazırlar ki, "Fələsin uşaqları israilliləri daşlayırlar, maşınları, insanları əzirlər”.

Fələstin uşaqları haqlıdır, amma etdikləri qanunsuzluqdur. Ona görə də hər bir insan qanunla məsuliyyət daşımalıdır. Postundan uzaqlaşdırılmış eks-nazirlərin fəaliyyətləri zamanı nöqsanlara yol verdiklərinə dair şübhələr varsa, araşdırılmalı, sübut edilərək cəza kəsilməli və həmin vəsait qanunla geri qaytarılmalıdır”.

Deputat yüksək postlar tutmuş eks-nazirlərin işlərində nöqsanlara yol verdiklərini istisna etməyib:

"Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında belə bir açıqlama verdi: "Federal Təhlükəsizlik Xidmətinin rəhbərini yanıma çağırıb material verdim, araşdırılmasını istədim. 6 ay əvvəl həmin xidmətin bütün əməkdaşlarını həbsə almışıq. 6 ay keçəndən sonra da korrupsiya ilə məşğul olurlar”.

Putinin bu açıqlamasından sitat gətirməkdə məqsədim var. Azərbaycan postsovet dövrünün ölkəsi olduğu üçün bizdə də oxşar hallar yaşanır. Biz ilk növbədə korrupsiya və rüşvəti yaradan şəraiti aradan qaldırmalıyıq. Yoxsa insanların bir postdan digər posta dəyişdirilməsi heç nəyi həll edə bilməz. Əlbəttə, şəxsi faktor da böyük rol oynayır. İnsan ədalətli, vicdanlı olmalıdır.

İkincisi, təbii olaraq, insanlar topladığı pulları qorumağa çalışacaqlar. Həmin pulların qanuni, yaxud qanunsuz olmağı onları az maraqlandırır. Öz vəsaitini himayə etməklə təhlükəsizliklərini təmin etməyə çalışırlar. Düşünürəm ki, bu, anlaşılandır. Söhbət yenə də ona gəlir ki, hər şey hüquqi müstəvidə həll olunmalıdır”.




Bölməyə aid digər xəbərlər