13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

18:04 / 11-06-2025

DİN əməkdaşları ilə bağlı yeni qaydalar müəyyənləşib - Qərar
Tarix: 20-12-2017 09:44 | Bölmə: Slayd

“Azərbaycan Respublikasının daxili işlər orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilib.
Attestasiya əməkdaşların işgüzar, mənəvi və şəxsi keyfiyyətlərini tam və obyektiv qiymətləndirmək, xidmətə və tutduğu vəzifəyə uyğunluq dərəcəsini müəyyən etmək məqsədi ilə keçirilir. Hər bir əməkdaşın attestasiyası 5 ildə bir dəfədən çox olmayaraq keçirilir.
Aşağıdakı əməkdaşlar attestasiyası keçirilmir:
- vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş əməkdaşlar;
- Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş əməkdaşlar;
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- bir vəzifədə faktiki olaraq bir ildən az müddətdə çalışan əməkdaşlar;
- eyni vəzifədə azı üç dəfə attestasiyadan keçirilərək, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş əməkdaşlar.
Attestasiyanın keçirilməsi üçün Daxili İşlər Nazirliyinin nəzdində Mərkəzi Attestasiya Komissiyası (MAK), Daxili İşlər Nazirliyinin baş idarə, idarə və şöbələrində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, eləcə də digər daxili işlər orqanlarında attestasiya komissiyaları yaradılır.
Attestasiya komissiyası kollegial orqandır və azı 5 nəfərdən ibarət olmaqla sədrdən, katibdən və digər üzvlərdən təşkil olunur. MAK-ın tərkibi daxili işlər naziri tərəfindən təsdiq edilir və nazirin müavinlərindən biri MAK-a sədr təyin olunur. Digər attestasiya komissiyalarının tərkibi müvafiq orqanın rəisinin əmri ilə təsdiq olunur və onun müavinlərindən biri sədr təyin edilir. Attestasiya komissiyasının gəldiyi nəticə açıq səsvermə yolu ilə, sadə səs çoxluğu əsasında qəbul edilir. Səslər bərabər olduqda, əməkdaş attestasiyadan keçmiş hesab olunur. Attestasiya komissiyasının üzvü olan vəzifəli şəxs attestasiyadan keçərkən, səsvermədə iştirak etmir.
MAK-da müəyyən edilmiş rəhbər şəxslərin və attestasiya komissiyaları tərəfindən daxili işlər orqanlarında xidmətə tam yararsız hesab olunan orta və böyük rəis heyətinin attestasiyası keçirilir, eləcə də attestasiya komissiyalarının qərarlarından verilmiş şikayətlərə baxılır. MAK-ın fəaliyyətinin təşkil edilməsi və digər attestasiya komissiyalarının işinə nəzarət Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən həyata keçirilir. Orta və böyük rəis heyətinin attestasiyası tabe olduqları baş idarə, idarə və xidmətlərdə, sıravi və kiçik rəis heyətinin attestasiyası isə xidmət etdikləri orqan və nizami polis hissələrinin attestasiya komissiyalarında keçirilir. Attestasiya komissiyasının yaradılması mümkün olmayan orqanın əməkdaşları yuxarı orqanın attestasiya komissiyasında, xidmət rəhbərinin iştirakı ilə attestasiyadan keçirilirlər.
Əməkdaşın attestasiya olunması üçün zəruri məlumatlar attestasiya vərəqəsinə yazılır. Attestasiya vərəqəsi orta və böyük rəis heyəti barədə orqan və hissə rəisləri (komandirləri), sıravi və kiçik rəis heyəti barədə isə birbaşa rəisləri (komandirləri) tərəfindən tərtib edilir. Rəis (komandir) tabeliyində olan əməkdaşla 6 (altı) aydan az birgə işlədikdə, attestasiya vərəqəsini rəisin (komandirin) müavini, əməkdaşın xidmət rəhbəri və ya birbaşa rəisi (komandiri) tərtib edə bilər. Attestasiya vərəqəsi tərtib edilərkən, attestasiyanın mətnində əməkdaş hərtərəfli xarakterizə olunaraq, onun aşağıdakı xüsusiyyətləri əks etdirilməlidir:
-qanunların tələblərinə riayət etməsi, intizamlı olması, işgüzarlığı, təşəbbüskarlığı, tələbkarlığı, tapşırılan sahəyə məsuliyyət hissi, kollektivdə hörməti, xidməti sirləri saxlamaq bacarığı, dövlətə sədaqəti, vətənpərvərlik hissi, mənəvi saflığı;
- peşə hazırlığı səviyyəsi, xidmətin çətinliklərinə dözümlülüyü, ekstremal vəziyyətlərdə qərar qəbul etmək bacarığı, insanlarla ünsiyyəti, davranışı, təmkinliliyi, öz fəaliyyətinə tənqidi münasibəti, hər hansı bir məsələnin həllində müstəqilliyi, qətiyyəti və öz üzərinə məsuliyyət götürmək bacarığı;
- peşəsinə və ixtisasına dair nəzəri bilik səviyyəsi, texniki və xüsusi vasitələrdən, tabel silahından istifadə bacarığı;
- ümumi intellektual inkişaf səviyyəsi, dünyagörüşü, işdə yeni qabaqcıl təcrübəni mənimsəməyə çalışması;
- xarici görünüşü (xüsusi geyim forması qaydalarına riayət etməsi, səliqəsi), fiziki hazırlığı və sağlamlıq vəziyyəti;
- şəxsi heyəti verilmiş tapşırıqların həllinə səfərbər etmək qabiliyyəti.
Əməkdaş attestasiyanın mətni ilə tanış edilməlidir. Əməkdaş attestasiya vərəqəsini imzalamaqdan imtina etdikdə, bu barədə akt tərtib edilir və attestasiya vərəqəsində müvafiq qeydiyyat aparılır. Attestasiya vərəqəsini tərtib edən rəislər (komandirlər) attestasiyadan keçiriləcək əməkdaşın şəxsi və işgüzar keyfiyyətlərini, habelə xidməti fəaliyyətini qiymətləndirərkən, onun obyektiv xarakterizə olunmasına görə məsuliyyət daşıyırlar. Tərtib edilmiş attestasiya vərəqəsi attestasiyanı keçirmək səlahiyyətinə malik müvafiq attestasiya komissiyasına təqdim olunur.
Əməkdaşların attestasiya olunması tərtib edilmiş illik plan üzrə həyata keçirilir. Plan hər ilin sonunda hər bir orqanın kadr aparatı və ya bu sahəyə cavabdeh əməkdaşları tərəfindən hazırlanaraq, həmin orqanın rəisi (komandiri) tərəfindən təsdiq olunur. Planın surəti hər il dekabrın 10-dək attestasiya keçirmək hüququna malik aidiyyəti daxili işlər orqanına və məlumat üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
Əməkdaşın attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:
- tutduğu vəzifəyə uyğun gəlir;
- işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;
- tutduğu vəzifəyə uyğun gəlmir;
- daxili işlər orqanlarında xidmətə tam yararsızdır.
Attestasiya komissiyasının qərarında attestasiya zamanı verilən sual və cavablar, attestasiyanın nəticələri (tövsiyələri) əks olunur. Qərar attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri və komissiyanın katibi tərəfindən imzalandıqdan sonra komissiyanın sədri tərəfindən təsdiq edilir.
Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında əməkdaşın mükafatlandırılması, vəzifədə irəli çəkilməsi və ya irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb olunması, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı və ya başqa vəzifəyə keçirilməsi, yaxud tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb