13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rəhbər şəxslərin qohumları Hesablama Palatasında işləyə bilməyəcək - Layihə
Tarix: 20-12-2017 10:50 | Bölmə: Slayd
Rəhbər şəxslərin qohumları Hesablama Palatasında işləyə bilməyəcək

Hesablama Palatasının üzvləri Prezident, Baş nazir, Milli Məclisin sədri, Konstitusiya Məhkəməsinin sədri, Ali Məhkəmənin sədri, Baş prokuror, Mərkəzi Bankın İdarə Heyətinin sədri və müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri ilə yaxın qohumluq əlaqəsində ola bilməz.

Bu barədə "Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatasının üzvləri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri ilə, habelə bir-biriləri ilə yaxın qohumluq əlaqəsində ola bilməzlər.

Qeyd edək ki, hazırda qüvvədə olan "Hesablama Palatası haqqında” qanunun 7-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair əlavə tələblər) göstərilib ki, Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və Mərkəzi Bankın sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər.

Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.(Modern.az)




Bölməyə aid digər xəbərlər