13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İnstitutlarda struktur və kadr dəyişikliyi olub - Təyinatlar
Tarix: 20-12-2017 17:28 | Bölmə: Slayd
İnstitutlarda struktur və kadr dəyişikliyi olub

Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikliyi edilib.

Akademiyanın bu gün keçirilən iclasında Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.

İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə AMEA-nın Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə AMEA-nın Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar.

Vasif Abbasov "AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə AMEA-nın Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.




Bölməyə aid digər xəbərlər