13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Eldar Mahmudovun xidmətindəki avtomobil axtarışa verilib - Fotolar
Tarix: 21-12-2017 12:04 | Bölmə: Slayd
Eldar Mahmudovun xidmətindəki avtomobil axtarışa verilib

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırılıb və müxtəlif epizodlar üzrə dindirilib.

Hər dəfə idadərən çıxarkən yayılan görüntülərdə diqqət çəkən məqam isə sabir nazirin gəzdiyi "BMW-740” markalı, 90 KU 868 dövlət nömrə nişanlı avtomobildir.

Reyting.az xəbərinə görə, avtosfer.az saytının apardığı araşdırma zamanı məlum olub ki, həmin avtomobil Məlikov Teymur Fərhad oğlunun adınadır. Avtomobil təkcə bu il 7 dəfə sürət həddinin aşılmasına görə radara düşüb. Onlardan 5-i 10 manatlıq, ikisi isə 150 manatlıq – 6 ballıq cərimələrdir. Bundan əlavə, həmin cərimə bildirişlərini sürücüyə çatdırmaq mümkün olmadığı üçün avtomobilin saxlanlması və sənədlərin təqdim edilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda, avtomobilin üzərində qeydiyyatla bağlı məhduiyyət var. Belə ki, avtomobil satıla və ya təkrar qeydiyya alına bilməz. Problem Səbail rayon İcra Şöbəsinin qərarı ilə bağlıdır. Hansısa maliyyə probleminə görə avtomobilə məhdudiyyət qoyulub.

Eldar Mahmudovun xidmətindəki avtomobil axtarışa verilibEldar Mahmudovun xidmətindəki avtomobil axtarışa verilibEldar Mahmudovun xidmətindəki avtomobil axtarışa verilib




Bölməyə aid digər xəbərlər