13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Əksəriyyəti azərbaycanlılar olan silahlı qrupa qarşı əməliyyat başlayıb
Tarix: 27-10-2021 10:41 | Bölmə: Slayd
Əksəriyyəti azərbaycanlılar olan silahlı qrupa qarşı əməliyyat başlayıb

İdlibdə müxalif qruplar bir yandan Rusiya tərəfindən dəstəklənən Suriya rejiminin hücumlarına cavab verərkən digər yandan öz aralarında savaşır.

Reyting.az
Türkiyənin milliyet.com saytına istinadla xəbər verir ki, bölgənin əhəmiyyətli hissəsinə nəzarət edən HTŞ radikal islamçı qrupları öz sıralarına qatmaq üçün cəhdlər edir.

Moskva ilə Ankara arasında əldə edilən razılaşmaları pozaraq bölgədə hücumlar edən, birləşməyə qarşı çıxan qruplarla mübarizə şiddətlənib.

Çeçen kökənli Müslüm Şişanın liderliyində Qafqaz əsillilərdən ibarət Cundu Şam-a qarşı əməliyyata başlayan HTŞ Türkmən dağını mühasirəyə alıb. Qarşıdurmada itkilər verən Qafqaz kökənlilər təslim olub. İdlib və Lazkiyədə bir çox postları HTŞ-yə təslim edən Cundu Şam fəaliyyətini dayandırdığını elan edib.

Şişani qrupunun silahlı nümayəndələri bölgəni tərk etməyə hazırlaşarkən HTŞ digər radikal qrupların nəzarətindəki məntəqələrə qarşı əməliyyat keçirir. Bu çərçivədə “Allahın əsgərləri” adı altında fəaliyyət göstərən və böyük hissəsi azərbaycanlılardan ibarət qrupa qarşı əməliyyat başlayıb.

My Webpage




Bölməyə aid digər xəbərlər