13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Türk ordusu yeni döyüşə hazırlaşır
Tarix: 28-10-2021 16:06 | Bölmə: Slayd
Türk ordusu yeni döyüşə hazırlaşır

ABŞ və terror təşkilatı olan YPG/PKK Suriyanın İraqla sərhəddinə minlərlə ərəb gəncindən ibarət hərbi qüvvə topladığı bir vaxtda Türkiyənin atacağı addımlar maraqla izlənilir.

Reyting.az
xatırladır ki, hələ 2017-ci ildə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) “İŞİD-in canlanmasının qarşısını almaq” məqsədilə yerli ərəb və kürdlərdən ibarət olmaqla Suriyada sərhəd mühafizə qüvvələri yaratmaq planı üzərində işləyirdi. Amma Ankaranın diplomatik və hərbi təzyiqləri nəticəsində bu plan baş tutmadı. Türk ordusu 2018-ci ilin yanvarında “Zeytun budağı” və 2019-cu ilin sentyabrında “Sülh çeşməsi” əməliyyatı ilə ABŞ ordusunun planlarını alt-üst etdi.

Son araşdırmalara görə, YPG/PKK mart ayından etibarən ABŞ-ın planı əsasında Fərat çayının şərqində az sayda kürdlərin olacağı, böyük hissəsinin ərəblərdən təşkil ediləcəyi yeni qüvvə toplamağa başlayıb. YPG/PKK məcburi hərbi xidmət adı altında ərəbləri prosesə cəlb etməyə başlasa da, iyunda ciddi etirazlar səbəbindən bu plan dayandırılmışdı.

Amma ABŞ İraq sərhəddində strukturlaşma üçün iki ayrı xətdən çıxaraq sərhəd xəttini Haseke və Deyr əz-Zor əyalətlərinin inzibati sərhədlərini nəzərə alaraq layihələndirdi. Təşkilatla çalışan Carba qəbiləsinin uzantısı olan Senadid qrupuna Hasaka xəttini verən ABŞ, Şammar qəbiləsi ilə Deyr əz-Zor xəttini idarə etdi.

Amerikalı komandirlər iyulun ortalarında “SDG-nin ümumi komandiri” adlandırdıqları terrorçu Ferhat Abdi Şahini Senadid qruplaşmasının zabitlərindən Yavər Dehhamla Rümeylanın Haseke qəsəbəsində bir araya gətiriblər. Toplantıda minlərlə ərəbi Suriya-İraq sərhəddində yerləşdirmək üçün maaşla işə götürülməsi müzakirə edilib. Avqustun ortalarında Hasekenin Tel-Alo və Yarubiyyə bölgələrində sərhəd qüvvələrinə müraciətlər toplanmağa başlayıb. Müraciətləri qəbul edilənlərə aylıq 820 min Suriya lirəsi (230 dollar) verilir. YPG/PKK-nın ön ad olaraq istifadə etdiyi “SDG” çətiri altında qurulan struktura daxil olmaq üçün edilən müraciətlərin sayı 7 mindir. Yeni silahlı qrup Əl-Cəzirə mühafizəçiləri adlandırılıb. Təxminən 2 həftəlik sürətləndirilmiş silahlı təlimdən sonra, 3 həftə əvvəl minlərlə ərəb Suriyanın İraqla sərhəddinə yerləşdirilib. Amerikalı komandirlər və YPG/PKK üzvləri Deyr əz-Zorda nöqtələr üçün araşdırmaları davam etdirirlər.

“Bloomberq” agentliyi isə bu gün xəbər yayıb ki, Türkiyə ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə qarşı hücuma keçmək üçün Suriyanın şimalına yüzlərlə hərbçi göndərib.

“Planlanlaşdırılan hücum Türkiyənin Suriya ilə 910 kilometrlik sərhəddinin üçdə ikisindən çoxunu bağlamalıdır”, - agentlik adını açıqlamayan rəsmi şəxsə istinadla qeyd edib.

Bildirilir ki, Ankara Fərat çayının qərb və şərqində nəzarəti altında olan əraziləri birləşdirmək üçün Kobani şəhərinin cənubundakı ərazilərə nəzarəti ələ almaq niyyətindədir.

Agentlik yazır ki, Türk ordusunun digər hədəfi Menaq aerodromu ola bilər.

“Bloomberq”in iddiasına görə, Ankaranın bu addımı həm də prezident Rəcəb Tayyib Ərdoğana daxili dəstəyi gücləndirməyə və kürd qüvvələrini “sakitləşdirmək” üçün ABŞ və Rusiyaya təzyiq göstərməyə kömək edəcək.

Öz növbəsində Suriyanın SANA dövlət agentliyi xəbər verir ki, Türkiyə hərbçiləri Suriyanın şimalındakı İdlib əyalətinə 200-dən çox yük maşını, silah-sursat və xüsusi texnikası olan konvoy göndərib.

Son məlumatlar göstərir ki, Türkiyə də ehtiyat tədbirlərinə başlayıb.

Onu da xatırladaq ki, Türk ordusu 2016-2019-cu illərdə Suriyanın şimalında üç əməliyyat keçirib - “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi”.




Bölməyə aid digər xəbərlər