13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Sabiq nazir: “Türk dövlətlərinin ortaq əlifbası, ortaq dili və ortaq ordusu yaradılmalıdır”
Tarix: 30-10-2021 11:57 | Bölmə: Slayd
Sabiq nazir: “Türk dövlətlərinin ortaq əlifbası, ortaq dili və ortaq ordusu yaradılmalıdır”

“Hesab edirəm ki, Türk Birliyi üçün Turana gedən yolu sürətləndirmək lazımdır. Bunu deyərkən, indi dünya gücləri arasında baş verənləri nəzərdə tuturam. Hazırda Rusiya ilə Avropa arasında çəkişmə yaşanır, hadisələr gərginləşir. Məncə, bu fürsətdən istifadə etmək lazımdır”.

Bu fikirləri Reyting.az-a açıqlamasında sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov deyib.

Professor F. Cəlilov bildirib ki, fürsəti əldən buraxmaq olmaz: “Biz bilmirik ki, bir daha belə bir fürsət nə zaman ələ düşəcək. Bu mənada türk dövlətlərinin yaxınlaşmasının həm perspektivi var, həm də imkanlar mövcuddur. Aydındır ki, bu, hamımız üçün yaxşı hadisə olmaqla yanaşı, ciddi addım olardı. Bu mənada çox istərdim ki, türkdilli dövlətlər həm də bu haqda düşünsünlər”.

F. Cəlilov qeyd edib ki, türkdilli ölkə başçılarının Şuşaya birlikdə səfəri siyasi anlam daşıyardı: “Bütün bunların fonunda mən bir daha qeyd edirəm ki, bu gün Türk Birliyinə doğru ciddi və sürətli addımlar atılmalıdır. Qənaətimcə, ilk olaraq əlifba birliyi haqqında qərar verilməlidir.

İkincisi, ortaq dil barədə addımlar atılmalıdır.

Üçüncüsü, ortaq ordu”.

Sabiq nazir əlavə edib ki, əslində proses bu formada getməli və nəticədə gözünü açıb görəcəksən ki, Avropa Birliyi kimi bir ittifaq yaranıb, üstəlik, NATO-ya bənzər hərbi blok meydandadır. Onun fikrincə, bunları addım-addım gerçəkləşdirmək lazımdır və bunun başqa alternativi yoxdur.

F. Cəlilovun sözlərinə görə, Azərbaycan və Tükiyənin son bir ildə ortaya qoyduğu fəaliyyət əslində digər türkdilli ölkələr üçün nümunə ola bilər. Onun qənaətincə, bu hadisələr həmin ölkələrin nəzərindən qaçmır: “Hesab edirəm ki, bu addımlar əslində böyük cığırın açılması istiqamətində əhəmiyyətə malikdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər