13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənilərə casusluq edənlərin cinayəti sübuta yetirilib
Tarix: 27-12-2017 12:21 | Bölmə: Slayd
Ermənilərə casusluq edənlərin cinayəti sübuta yetirilib

2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib.

Bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri Fuad Cavadov məlumat verib.

Reyting.az saytının Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, F. Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra onu telefonun yaddaşından silərək məsuliyyəti öz üzərlərindən atmaq istəyib: "Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi".




Bölməyə aid digər xəbərlər