13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Bəzi hərbçilərin Vətən müharibəsindəki səriştəsizliyinə görə cinayət işləri başlanılıb
Tarix: 01-11-2021 12:22 | Bölmə: Slayd
Bəzi hərbçilərin Vətən müharibəsindəki səriştəsizliyinə görə cinayət işləri başlanılıb

“Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”.

Reyting.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, II Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb və bu, əslində millətin ruhundan xəbər verir.

X. Vəliyev qeyd edib ki, II Qarabağ müharibəsində Ermənistanın törətdikləri vəhşiliklərlə bağlı açılan cinayət işlərinin bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir: “Cinayətlərin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsəzliyi Xidmətində aparılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”.(Report)




Bölməyə aid digər xəbərlər