13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Ərdoğan-Bayden görüşünün nəticəsi olacaqmı?
Tarix: 01-11-2021 14:41 | Bölmə: Slayd
Ərdoğan-Bayden görüşünün nəticəsi olacaqmı?

Ötən gün Romada baş tutan Ərdoğan-Bayden görüşü öncədən 20 dəqiqə müəyyən edilsə də, 1 saatdan çox çəkib. Görüşdən sonra Ankara “Vaşinqtonla müştərək mexanizmin qurulması” mövzusunda mövqe ifadə edildiyini bildirib, Vaşinqton isə “yaradıcı əlaqələri davam etdirmək istəyirik”,- açıqlamasını verib.

Reyting.az
xəbər verir ki, bunu siyasi analitik Əli Çinar Türkiyə və ABŞ prezidentləri arasında görüşü şərh edərkən deyib.

O, 14 iyunda keçirilən Ərdoğan-Bayden görüşü ilə 31 oktyabrda baş tutan görüş arasında müəyyən fərqin olduğunu da diqqətə çatdırıb:

“Birincisi, 14 iyundan fərqli olaraq bu dəfə xarici işlər nazirləri görüşdə iştirak edib.

İkincisi, görüşdən sonra oxşar açıqlama verilib”.

Ə. Çinar qeyd edib ki, Ağ Ev görüşdən sonra “S-400” və insan haqları mövzusunda narahatlığını ifadə edib, Ankara isə ortaq mexanizmin qurulması haqda mövqe bildirib.

Analitik əlavə edib ki, Əfqanıstan, Suriya, Liviya, Şərqi Aralıq dənizi və Cənubi Qafqaz, iqlimlə mübarizə mövzuları Ərdoğan-Bayden görüşünün ana xəttini təşkil edib: “Ən əhəmiyyətli və vacib sual “F-35” və “F-16”-larla bağlı idi. Ağ Evə yaxın jurnalistlər həm “F-16”, həm də “F-35”-ə verilən pulların geri qaytarılması üçün bir prosesin olduğunu, Türkiyə və ABŞ rəsmilərinin danışıqları davam etdirəcəyini vurğulayır. Açığı, nəticə yoxdur, amma görürük ki, uzunmüddətli proses var. Xüsusilə, “F-16” məsələsində Ağ Evin Türkiyənin istəyini açıq şəkildə gördüyünü və prezident Baydenin Türkiyənin “F-16”-lara sahib olmaq istəyini qəbul etdiyini bildirirlər. Amma Ağ Ev bəyan edir ki, bu, ABŞ-da müəyyən prosedurların keçməli bir prosesdir və bu proses çərçivəsində Konqresdəki çətinliklər də diqqətə çatdırılır”.

ABŞ-ın insan haqları ilə bağlı tənqidlərinə də diqqət çəkən siyasi analitik əlavə edib ki, prezident Baydenin prezident Ərdoğanı dekabrın 9-10-da keçiriləcək Demokratiya Sammitinə dəvət etməsi real görünmür: “İki NATO müttəfiqi liderinin bir saatdan çox davam edən görüşü müsbətdir. Başqa sözlə, “Prezident Ərdoğan Baydenlə görüşə bilmədi”,- kimi anlayış qırıldı, amma problemlərin hələ də masanın üstündə olduğunu qeyd etmək yerinə düşər. Türkiyənin də izah etdiyi kimi, qurulması planlaşdırılan ortaq mexanizmlər və bunun üzərində işləmək cəhdi Türkiyə-ABŞ münasibətlərindəki gərginliyin azaldılması baxımından faydalıdır. Yaxın gələcəkdə hər iki tərəfdən atılacaq və atılması planlaşdırılan addımlarla Türkiyə-ABŞ münasibətlərinin gələcəyinin yaxşı və ya pisləşəcəyini görəcəyik”.




Bölməyə aid digər xəbərlər