13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İki supergüc məxfi hücumları müzakirə edib
Tarix: 01-11-2021 15:48 | Bölmə: Slayd
İki supergüc məxfi hücumları müzakirə edib

ABŞ-la Rusiya arasında kibertəhlükəsizlik məsələləri ilə bağlı bir sıra məxfi görüşlər keçirilib.

Reyting.az
xəbər verir ki, Ağ Evlə Kreml arasında belə bir görüşün keçirildiyini “Nyu-York Times” qəzeti iddia edir.

Qəzet öz mənbələrinə istinadla bildirir ki, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Anna Nyberqer Kremldəki mövqedaşı ilə müzakirələr aparıb.

İddiaya görə, A. Nyberqer görüşlər zamanı ABŞ-a hücum edən hakerlərin adlarını və digər məlumatlarını Rusiyaya təqdim edib.

Adları açıqlanmayan mənbələr bildiriblər ki, Vaşinqton Rusiyada kibercinayətkarlar haqqında məlumatların ötürülməsindən sonra həbslərin aparılacağına ümid edir.

Bürokratlardan biri isə izah edib ki, ABŞ bu yolla Rusiya prezidenti Vladimir Putinin kibercinayətkarlıqla mübarizəyə hazır olması ilə bağlı bəyanatlarında nə dərəcədə ciddi olduğunu yoxlamaq istəyir.

Qeyd olunur ki, Rusiya və ABŞ son illər silahlara nəzarət sahəsində də ciddi məsləhətləşmələr aparıb. İranla nüvə sazişi adlandırılan Hərtərəfli Birgə Fəaliyyət Planına (KOEP) qayıtmaq məsələsində Moskvanın Vaşinqtonla ortaq mövqedə olduğunu iddia edən mənbələrin fikrincə, Rusiya müxtəlif sahələrdə ABŞ-a problemlər yaradır.

Xatırladaq ki, bundan əvvəl ABŞ son illərdə bir sıra iri kiberhücumların arxasında rus hakerlərin ola biləcəyini iddia edib və Moskvanın bu şəxslərə qarşı tədbir görməsini istəyib.

Kiberhücumlar Texasda yerləşən IT şirkəti “SolarWinds” tərəfindən hazırlanmış şəbəkə idarəetmə proqram təminatına müdaxilə edərək bəzi mühüm qurumların, o cümlədən dövlət qurumlarının sistemlərinə giriş əldə edib.

Mütəxəssislər isə hesab edirlər ki, Rusiyadan ABŞ-a edilən kiberhücumların arxasında Kreml dayandığı üçün Moskvanın kiberhücumçuları cəzalandıracağı real görünür.




Bölməyə aid digər xəbərlər