13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İlham Əliyev təkcə Qarabağda deyil, bütün rayonlarımızda quruculuq işlərini şəxsən izləyir
Tarix: 02-11-2021 16:08 | Bölmə: Slayd
İlham Əliyev təkcə Qarabağda deyil, bütün rayonlarımızda quruculuq işlərini şəxsən izləyir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ bölgəsinə səfərləri, orada həyata keçirilən böyük layihələrə şəxsən nəzarət etməsi müsbət hadisədir. Aydındır ki, bizim üçün indi Qarabağ müstəsna fəaliyyət növüdür. Çünki orada inşaat, tikinti işləri həyata keçirmək, infrastruktur yaratmaq, evlər tikmək və nəhayət yüz minlərlə məcburi köçkün soydaşımızı geri aytarmaq vacibdir. İnsanlar 30 ildən sonra ata-baba yurdlarına qayıtmalıdırlar. Bu baxımdan ölkə rəhbərliyinin işğaldan azad edilmiş rayonlara tez-tez səfərlər etməsinə təbii yanaşmaq lazımdır”.

Bunu Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın dünən Şamaxı və İsmayıllı rayonlarına səfərinə də diqqət çəkən partiya sədri bildirib ki, Qarabağ bölgəsi ilə yanaşı Azərbaycanın digər rayonlarına səfərlərə və bu zaman təhsil müəssisələrinin açılmasına müsbət yanaşılmalıdır:

“Bəli, Qarabağ bizim üçün müstəsna əhəmiyyətə malikdir. Amma bu o demək deyil ki, dövlət başçısı digər rayonlarımıza səfər etməməli, orada baş verənləri görməməlidir. Əksinə, prezident Əliyevin Şamaxı və İsmayıllı rayonlarına səfəri göstərdi ki, dövlət başçısı digər rayonlarımızı da diqqətdən kənarda saxlamır, bütün ərazilərimizə eyni gözlə baxır. Bu mənada prezidentin son səfəri təqdirəlayiqdir”.

Aydınlar Partiyasının sədri qeyd edib ki, Azərbaycanın erməni işğalından azad edilən bütün rayonlarına və əksər kəndlərinə prezidentin səfəri olub və bundan sonra da olacaq: “Dövlət başçısının xanımı ilə digər rayonlarımıza da səfəri tam məqsədəuyğundur. Biz bilməliyik ki, ölkəmiz yalnız Qarabağdan ibarət deyil. Bəli, Qarabağda böyük bərpa işləri aparılır. Ancaq prezidentin son səfərləri göstərir ki, bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri aparılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf var və bu proses davam edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər