13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Yadplanetlilərin və “qaranlıq enerji”nin axtarışına hazırlaşırlar - Fotolar
Tarix: 03-11-2021 12:06 | Bölmə: Slayd
Yadplanetlilərin və “qaranlıq enerji”nin axtarışına hazırlaşırlar

Yer kürəsi xaricində həyatın mövcud olub-olmaması uzun illərdir ən çox maraq göstərilən mövzulardan biridir. Elm adamlarının araşdırdığı bu məsələyə bəzi hökumətlər böyük məbləğdə vəsaitlər də ayırırlar. Hazırlanması davam edən nəhəng Magellan Teleskopu (GMT) da buna nümunədir. GMT dünyanın ən məşhur Hubble Kosmik Teleskopundan 10 dəfə böyük olacaq.

Reyting.az
xəbər verir ki, dünyanın öndə gələn universitet və elmi mərkəzlərinin illər əvvəl hazırlığına başladığı GMT kainatda yerdənkənar həyat formalarını axtaracaq.

Çilidəki Las Kampanas Rəsədxanasında tikilməkdə olan GMT kainatın genişlənməsinə məsul olan sirli “qaranlıq enerji”ni də araşdıracaq.



Tikintisi davam edən Magellan Teleskopunun ümumi sahəsi 368 kvadratmetr olacaq və 2029-cu ildə tamamlanması planlaşdırılır.

Seqmentli güzgülərdən ibarət teleskopda ən böyük 7 bərk monolit güzgü təqdim olunacaq.

Teleskopun işləmə mexanizmi də diqqət çəkir: kainatın bitdiyi yerdən gələn işıq əvvəlcə yeddi əsas güzgüdə əks olunduqdan sonra yeddi kiçik ikinci dərəcəli güzgüdə yenidən əks olunacaq və mərkəzi əsas güzgüdən qabaqcıl CCD görüntüləmə kameralarına enəcək.

Görüntü kameralarında obyektlərin uzaqlığı və nədən ibarət olduğu konsentrasiya edilmiş işıqla ölçüləcək.



Elm adamlarının 100 il əvvəl Süd Yolunun bütün kainat olduğunu düşündüklərini ifadə edən GMT-nin fəxri vitse-prezidenti Pat Makarti bildirib ki, Magellan Teleskopu ilə ağlasığmaz kəşflər ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər