13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İrəvanda vəziyyət yenidən gərginləşir: hərbi cinayətkarlar xalqı meydana səsləyir
Tarix: 04-11-2021 00:14 | Bölmə: Slayd
İrəvanda vəziyyət yenidən gərginləşir: hərbi cinayətkarlar xalqı meydana səsləyir

Noyabrın 8-də İrəvanın Azadlıq meydanında hakimiyyət əleyhinə mitinq keçiriləcək.

Reyting.az
xəbər verir ki, mitinqin təşkilatçısı “Ermənistan” blokudur.

Vaxtilə Xocalı soyqırımında və azərbaycanlılara qarşı digər hərbi cinayətlərdə iştirak etmiş şəxslərin mövqeyinin əks olunduğu bəyanatda deyilir ki, sülh şüarları altında yalanlar 2020-ci ildə müharibəyə və Ermənistan üçün məğlubiyyətə səbəb olub: “Qələbələrimiz, bayramlarımız əlimizdən alındı, əvəzində matəm, zillət, kədər günləri verdilər”.

Azərbaycanın haqq savaşındakı qələbəsi və Vətən müharibəsinin yeni reallıqları ilə barışmayan revanşist qüvvələr sülh təklifini də qəbul etmək istəmirlər. Bəyan edirlər ki, vəd olunan sülh Ermənistan üçün yeni güzəştlər, yeni biabırçılıq, yeni rüsvayçılıq, yeni məğlubiyyət deməkdir və buna yol vermək olmaz.

Müharibə tərəfdarları Ermənistanın üzləşdiyi vəziyyətdən, sosial-iqtisadi böhrandan xilas olması və ölkənin təhlükəsizliyinin təmini üçün milli müqavimət formalaşdırmağı, hakimiyyət dəyişikliyinə nail olmağı vacib sayırlar. Bu səbəbdən də noyabrın 8-i saat 18:00-da tərəfdarlarını Azadlıq meydanında keçiriləcək kütləvi aksiyalara səsləyirlər.

Onu da qeyd edək ki, bir müddət əvvəl bəzi ekspertlər sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan tərəfdarlarının Nikol Paşinyana və onun komandasına qarşı təhlükəli planlar hazırladıqlarını iddia edirdilər. Hətta terror aktları da istisna olunmurdu. Çox güman 8 noyabr mitinqində də hökumət qüvvələri ilə iqtidar əleyhdarlarının qarşdurması qaçılmaz olacaq.




Bölməyə aid digər xəbərlər