13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Kravçuk Krımı itirmələrinin səbəbini açıqlayıb
Tarix: 04-11-2021 11:50 | Bölmə: Slayd
Kravçuk Krımı itirmələrinin səbəbini açıqlayıb

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk SSRİ-nin dağılmasından ən çox öz ölkəsinin itirdiyini bildirib.

Reyting.az
Utro.ru-ya istinadla bildirir ki, Sovet Ukraynasının sonuncu, müstəqil Ukraynanın birinci prezidenti Leonid Kravçuk ölkəsinin Krım yarımadasını hansı səbəbdən itirdiyinə aydınlıq gətirməyə çalışıb: “Sovet İttifaqının buraxıldığı elan olunduqdan sonra Ukraynada dislokasiya edilmiş hərbi hissələr artıq yeni, müstəqil dövlətin ordusunun tərkibinə daxil edildi. Amma təəssüf ki, o zaman Qara dəniz donanması ilə eyni sxemi həyata keçirmək mümkün olmadı. Məhz buna görə Kiyev 2014-cü ildə asanlıqla Krımdan məhrum edildi”.

Sabiq prezidentin sözlərinə görə, Qara dəniz donanmasının şəxsi heyətinin 80 faizindən çoxu “keçmiş rusiyalılardan” ibarət olub. Donanmanın komanda heyətində də analoji vəziyyət hökm sürürdü, yəni, rəhbərlikdə əsasən ruslar idi və onlar “müstəqil Ukraynanın bayrağı altında xidmət etməkdən ötrü heç də sino getmirdilər”.

88 yaşına çatmış ahıl siyasətçi Leonid Kravçuk Krımla bağlı açıqlamasında maraqlı nüanslara da toxunub: “SSRİ dağılandan sonra Ukraynanın arsenalında nüvə başlıqlı 165 raket saxlanılmışdı. İntəhası, o dövrdə respublikada onların real vəziyyətini yoxlamağı bacaran mütəxəssislərimiz yox idi. Üstəlik, atom silahları birbaşa Moskvanın tabeliyində qalırdı. Qərb isə bizi təkidlə həmin nüvə arsenalından imtina etməyə çağırırdı. Axı, həmin raketlərin hamısı ABŞ-a yönəldilmişdi”.

P.S. L. Kravçukun bəhs etdiyi dövrdə məşhur “nüvə çamadanı” Qorbaçovun, daha sonra Yeltsenin sərəncamında idi. Həm o zaman, həm də Krımın işğalından və Donbas hadisələrindən sonra Ukraynada bəziləri otuz il əvvəl nüvə silahının Moskvaya təhvil verilməsinin səhv addım olduğunu bəyan edirlər.




Bölməyə aid digər xəbərlər