13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Prezident Administrasiyasının sabiq şöbə müdirinə ölkədən çıxmaq qadağan edilib
Tarix: 28-12-2017 12:07 | Bölmə: Slayd
Prezident Administrasiyasının sabiq şöbə müdirinə ölkədən çıxmaq qadağan edilib

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub.

Məlumata görə, buna səbəb F.Abdullazadənin külli miqdarda pul mənimsəməsidir.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, bir müddət öncə F. Abullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi həmin borcu qaytarmayıb.

Hətta F. Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin “imkanım yoxdur”,- deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.

Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Qeyd edək ki, Fatma Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
**
Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında deyib ki, Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.




Bölməyə aid digər xəbərlər