13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Koronavirusdan ölənlərin sayı gizlədilir: 5 milyon yox, 17 milyon insan vəfat edib
Tarix: 05-11-2021 12:13 | Bölmə: Slayd
Koronavirusdan ölənlərin sayı gizlədilir: 5 milyon yox, 17 milyon insan vəfat edib

Beynəlxalq rəsmi statistikaya görə, bu ayın əvvəli dünyada COVİD-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb.

Böyük Britaniyanın “The Economist” jurnalının hesablamasına görə isə COVİD-dən ölənlərin sayı nə az, nə çox, düz 10 ay qabaq 5 milyon nəfər olub və hazırda bu virusa qurban gedənlərin sayı 17 milyon nəfərə yaxındır.

Reyting.az xəbər verir ki, bununla bağlı jurnalda “COVİD-19-dan ölənlərin sayı 17 milyon nəfərə çatır. 5 milyon nəfərlik rəsmi hesablama böyük yanlışlıqdır”,- başlıqlı məqalə dərc olunub.

Məqalədən aydın olur ki, “The Economist” dünyada koronavirus qurbanlarının real sayını bilmək üçün əvvəlcə tədqiqatçıların və könüllülərin köməyilə məlumatları əlçatan olan ölkələrin hesabatlarını toplayıb. Sonra məlumatları əlçatan olmayan ölkələrdə koronavirusa qurban gedənlərin sayını tapmaq üçün maşın hesablama modeli tətbiq edilib.

Nəticə belə alınıb: hazırda dünyada COVİD-dən ölənlərin sayı 16,8 milyon nəfərdir.

Jurnal qeyd edir ki, nisbi xəta həddi nəzərə alındıqda bu rəqəm 10,3 milyondan 19,5 milyona qədər dəyişə də bilər.

“The Economist”in hesablamasına görə, dünyada koronavirusdan ölənlərin sayının 5 milyon nəfərə çatdığı dövr 2020-ci ilin dekabr ayının əvvəlinə düşür.

Koronavirusdan ölənlərin sayı ilə bağlı rəsmi statistikanın reallığı əks etdirmədiyini “The Economist” jurnalı bu ilin may ayında da yazmışdı. Həmin vaxt dərc etdiyi məqalədə jurnal öz hesablamasına əsaslanaraq COVİD qurbanlarının sayının rəsmi rəqəmlərdə göstəriləndən ən azı üç dəfə çox olduğunu bildirmişdi.(Novator.az)

Onu da qeyd edək ki, dünyada COVID-19 pandemiyasından vəfat edənlərin rəsmi statistikası zaman-zaman mübahisələrə səbəb olub. Bu ilin avqust ayında “The Economist” dərgisi yazırdı ki, Çin, Rusiya, Hindistan və Latın Amerikası ölkələrində rəsmi rəqəmlər vəfat edənlərlə bağlı həqiqəti əks etdirmir. İddia olunurdu ki, dünyada koronavirusdan vəfat edən insanların sayı 15 milyondur.

Əvvəlki link əlavə olunur: My Webpage

Reyting.az




Bölməyə aid digər xəbərlər