13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistanda müdafiə nazirinin mülki şəxs olması nəyi dəyişəcək?
Tarix: 15-11-2021 15:37 | Bölmə: Slayd
Ermənistanda müdafiə nazirinin mülki şəxs olması nəyi dəyişəcək?
Suren Papikyan

“Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə naziri Arşak Karapetyanı vəzifədən azad edib, onun yerinə mülki şəxsin nazir təyinatına nail olmaqla bir növ hakimiyyəti bütövlükdə ələ keçirdi. Aydındır ki, həbrçilərin əksəriyyəti müharibə tərəfdarı olurlar. Çünki müharibə həm onların gəlir mənbəyi, həm karyerada yüksəlişi, həm də xilasıdır. Yəni çoxsaylı maraqlar var. Ermənistanda da hərbçilər hakimiyyətə qədər kifayət qədər problem yaradırdı. Odur ki, son təyinat Paşinyanın şəxsən öz seçimidir”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev bu gün Ermənistan Müdafiə naziri Arşak Karapetyanın istefaya göndərilməsi və onun yerinə 35 yaşlı tarix müəllimi Suren Papikyanın təyin edilməsindən danışarkən deyib.

Politoloqun fikrincə, N. Paşinyan yaxşı bilir ki, Ermənistanda olan hərbçilərin 99 faizi Rusiyanın kadrlardır. Onun sözlərinə görə, bəlkə heç Rusiya da hesablamayıb ki, Paşinyan mülki şəxsi Müdafiə naziri qoya bilər: “Ehtimal etmək olar ki, bu, həm də Paşinyanın Rusiyaya demarşıdır. Eyni zamanda Rusiyanın siyasi baxımdan nəzarətindən çıxmaq cəhdidir. Ehtimal edirəm ki, bu Qərbin, xüsusilə ABŞ-ın tövsiyəsi ilə edilir. Çünki Paşinyan komandasının mütləq əksəriyyəti mülki şəxslərdir. Mülki şəxsin Müdafiə naziri postuna gətirilməsi də Paşinyanın əl-qolunu açacaq. Qərargah rəisi hərbçi olacaq, amma əsas əmrləri verən nazirdir. Üstəlik, bu gün məlum oldu ki, Baş Qərargah rəisi Davityana da cinayət işi açılıb. Deməli, ona da mesaj verilir ki, müqəddəs deyilsən. Mənim ehtimalıma görə, bütün bunlardan sonra Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar dayana bilər”.

C. Nuriyev əlavə edib ki, yaxın bir neçə gündə erməni ordusunun və yeni erməni nazirinin addımlarını müşahidə etmək lazımdır: “Aydındır ki, Ermənistan ordusu indi hansısa tədbirlər həyata keçirmək imkanında deyil. Ola bilsin ki, Paşinyan bunu hamıdan yaxşı bilir”.




Bölməyə aid digər xəbərlər