13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Mərkəzi Bank sədri inflyasiya və qiymət artımından söz açıb: “Bu, daha uzun xarakter daşıya bilər"
Tarix: 16-11-2021 13:49 | Bölmə: Slayd
Mərkəzi Bank sədri inflyasiya və  qiymət artımından söz açıb: “Bu, daha uzun xarakter daşıya bilər"

Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsində inflyasıya və qiymət artımından söz açıb.

Reyting.az
xəbər verir ki, o,  gələn ilin ortalarından inflyasiya səviyyəsinin aşağı düşəcəyini deyib: “İnflyasiyaya təsir imkanlarının artırılması ilə bağlı Mərkəzi Bank tərəfindən işlər davam etdiriləcək”.

Baş bankir deyib ki, ərzaq inflyasiyasına diqqət artırılmalıdır: “Ərzaq inflyasiyası daha uzun xarakter daşıya bilər. Bunun əsas səbəbinə quraqlıq və təlabatın böyüməsi daxildir. Ölkənin ərzaq təhülkəsizliyi səviyyəsi yüksəldilməlidir. Bütün istiqamətlərdə azad rəqabət prinsipləri diqqət mərkəzində olmalıdır”.

Bank rəhbəri deyib ki, süni qiymət artımının qarşısının alınması üçün azad rəqabət prinsipləri genişləndirilməlidir: “Hesab edirəm ki, dövlət başçısı süni qiymət artımından danışan zaman bunu nəzərdə tutur. Ona görə biz də düşünürük ki, bu istiqamətdə işlər diqqət mərkəzində olmalıdır”.

Elman Rüstəmovun sözlırinə görə, bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib: “Sorğular nəticəsində əhalinin cəmi 25 faizindən az hissəsi inflyasiyanın artmasını gözləyir”.




Bölməyə aid digər xəbərlər