13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Rayon əhalisi pis vəziyyətdədir, icra hakimiyyətləri isə…”
Tarix: 16-11-2021 17:18 | Bölmə: Slayd
Deputat: “Rayon əhalisi pis vəziyyətdədir, icra hakimiyyətləri isə…”

"Büdcənin sosial yönümlü olmasını qəbul edirəm. Dünyadakı bahalaşma Azərbaycana da xeyli təsir edib. Hökumətin bunu nəzərə alaraq büdcədə sosial məsələlərə daha böyük vəsait ayrımasını bəyənirəm və səs verəcəm”.

Reyting.az
xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müharibədən yeni çıxmış ölkədir, bir milyona yaxın məcburi köçkünü yurduna qaytarılmalıdır. Bu səbəbdən ümid edir ki, vətəndaşlarmız yaranmış müəyyən problemləri anlayışla qarşılayacaq.

Deputat daha sonra deyib ki, icra hakimiyyətlərinə və bir sıra dövlət qurumlarına büdcədən infrastruktur üçün ayrılan pullar əsasən oktyabr-noyabr aylarında verildiyindən, işlər tez-tələsik görülür və keyfiyyət aşağı düşür: “Bir çox işlər isə tamamlanmır və pullar geri - büdcəyə qaytarılır. Necə ola bilir ki, rayon əhalisi pis vəziyyətdə və çətin dövrünü yaşayır, amma icra hakimiyyətləri pulu geri qaytarır?”.

R. Nurullayev diqqətə çatdırıb ki, vətəndaşlar pensiyalarının kəsilməsi ilə bağlı ona yüzlərlə sual ünvanlayıb: “2018-ci ilin əvvəlindən 2021-ci ilin uyuluna qədər 211 min 151 nəfərin pensiyası kəsilib. İndi bu rəqəm daha böyükdür. Neçə nəfərin pensiyasının bərpa olunduğunu bilmirəm. Gördüyümüz odur ki, əsasən 200-300 manata qədər alanların pensiyası kəsilib. Görəsən, yüksək məbləğdə pensiya alanlar arasında bu say nə qədərdir? Elə adam var ki, aylıq 1000, 2000, 5000, 10000 manat pensiya alır. Təbii ki, mən onların pensiyasının kəsilməsini tələb etmirəm, sadəcə, rəqəmi bilmək istəyirəm ki, bu, yalnız kiçik məbləğ alanlara tətbiq edilib, yoxsa hər kəsə...”.

Deputat hökumətə sual verib ki, pensiyası kəsilənlərə alternativ iş, qazanc yeri təklif edilirmi, yoxsa onlar taleyin ümidinə buraxılırlar? Onun sözlərinə görə, pensiyası kəsilənlərə mütləq alternativ iş və qazanc yeri təklif etmək lazımdır.

R. Nurullayev bildirib ki, Azərbaycanda biznes qurmaq, möhür almaq, hesab açmaq asan olsa da, dayaqsız, arxasız pul qazanmaq mümkün deyil:

“Zənnimcə, həm vergi, həm gömrük yükü çox ağırdır. Deyilə bilər ki, Avropada vergi və gömrük yükü bizdən də çoxdur. Amma bura Avropa deyil, bizdə Avropadakı şəffaflıq yoxdur”.

Onun sözlərinə görə, iş adamlarına pul qazanmaq imkanı yadılmalıdır: “Daha çox qazanacaq, daha çox iş yeri yaradacaq, daha çox vergi və rüsum ödəyəcək. İş adamlarının daha çox qazanmasına qısqanclıq etmək olmaz. Əksinə, sevinək ki, qoy bizim də halal yolla milyonçu və milyarder iş adamlarımız olsun”.




Bölməyə aid digər xəbərlər