13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dağlıq Qarabağda vəziyyət tezliklə Azərbaycanın xeyrinə dəyişəcək - Təhlil
Tarix: 17-11-2021 10:13 | Bölmə: Slayd
Dağlıq Qarabağda vəziyyət tezliklə Azərbaycanın xeyrinə dəyişəcək
Xankəndi şəhəri

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın Baş naziri dördüncü dəfə müdafiə nazirini dəyişib. Lakin əsas məsələ Arşak Karapetyanın niyə və hansı səbəblərə görə işdən çıxarılmasıdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Tasnim News Agency” yazıb.

Qafqaz və Türkiyə üzrə ekspert Həmid Qüdsi Azərin İran nəşrində dərc olunmuş təhlilində deyilir:

Demək olar ki, hər gün “Ermənistanın bir ölkə kimi varlığı təhlükədədir”, “İrəvanda vəziyyət gərgindir”, “Paşinyan təslim olub, Ermənistan torpaqlarını satır” və s. tipli iddialar eşidilir. Əslində, bu xəbərlər ermənipərəst müxalifət mediasından tutmuş rəsmi hökumət nəşrlərinə qədər hər yerdə dərc olunur. Bu cür xəbərlərin doğruluğunu faktı qeyd etməklə asanlıqla yoxlamaq olar.

Təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın Baş naziri dördüncü dəfə Müdafiə nazirini dəyişib. Bu fakt Ermənistandakı vəziyyəti çox gözəl göstərir.

Sonuncu Müdafiə naziri Arşak Karapetyan da vəzifəsindən azad edilib və onun yerinə Suren Papikyan gətirilib. Ancaq əsas məsələ Ermənistan rəhbərliyinin Müdafiə nazirini 4 dəfə dəyişib-dəyişdirməməsi deyil, Arşak Karapetyanın niyə və hansı səbəbdən istefaya göndərilməsidir.

Bu barədə hərbi ekspertlərin, siyasi şərhçilərin konkret fikirləri var. Bəziləri Karapetyanın Xankəndi səfərinə, bəziləri isə son zamanlar sərhəddə baş verən insidentlərə və gərginliyə işarə edərək, Paşinyanın Müdafiə nazirini məhz bu səbəblərə görə vəzifəsindən uzaqlaşdırdığını bildirir.



Lakin məsələyə məhdud çərçivədən deyil, daha geniş prizmadan baxmaq lazımdır. Bunun üçün Karapetyanın vəzifədə olduğu müddətdə gördüyü işlərə qısaca nəzər salınmalıdır. Məsələn, Karapetyan Müdafiə naziri təyin olunan kimi “sərhədi keçmək istəyən Azərbaycan əsgərlərinin məhv edilməsi” əmri verməklə kimliyini və niyyətini ortaya qoyub.

Daha sonra Karapetyanın həmkarı Sergey Şoyqunun himayəsi altında bir neçə dəfə Rusiyaya getdiyi, Ermənistan ordusunu silahlandırmağa çalışdığı, Dağlıq Qarabağın separatçı lideri, tabeliyində olan terrorçu Arutyunyanla görüşdüyü görüntülənib. Bundan başqa, Şuşada Azərbaycan əsgərlərinə qumbara atılıb.

Təbii ki, bütün bu davranışlara layiqli cavab verilib və bəlkə də Arşak Karapetyana verilən cavab onun çox tez işdən çıxarılması olub.

Ancaq bir az diqqəti və hadisələri təhlil etmək bacarığı olan hər kəs görə bilər ki, Karapetyan əslində, onu bu mühüm posta təyin edən Nikol Paşinyanı satıb və əvəzində, Rusiya tərəfindən “işə götürülüb”. Karapetyan Rusiyaya çoxlu səfərlər edib və Şoyqunun əlində oyuncağa çevrilib.

Nəticədə, Paşinyanın regionda və Ermənistanda həyata keçirməyə çalışdığı bütün proqramlar tədricən iflasa uğramağa başlayıb.

Paşinyan rusiyapərəst deyil və Kremldə bəyənilmir. O da aydındır ki, Rusiya Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməklə daha çox bölgədə sülhməramlıların qalmasını təmin etmək istəyir.

Digər tərəfdən, Türkiyənin regionda və dünyada artan nüfuzu, Azərbaycanla hərtərəfli müttəfiqliyi, “Böyük Turan” ideologiyası ilə siyasi fəallığı, o cümlədən Rusiyanın Avropa və ABŞ ilə gərginliyini artırması və Ukrayna ilə müharibə təhlükəsi yaratması Moskvanı faktiki olaraq çətin vəziyyətə salıb.

Təcrid vəziyyətində olan Kreml Cənubi Qafqazı itirmək istəmədiyi üçün Karapetyanı “işə götürüb”, Dağlıq Qarabağda vəziyyəti daha da pisləşdirməyə çalışıb və müəyyən mənada buna da nail olub. Amma deyəsən, Paşinyan təhlükəni vaxtında hiss edib. A. Karapetyanın işdən çıxarılmasının bəlkə də ən böyük səbəblərindən biri də budur.

Türkiyədən “Bayraktar” pilotsuz uçan aparatları alan və Qərbin dəstəyini qazanan Ukrayna Rusiya ilə müharibə etmək və suverenliyinə tam zəmanət vermək niyyətindədir. Qələbə və ya məğlubiyyətdən asılı olmayaraq belə bir müharibənin Rusiya üçün arzuolunmaz olduğunu və onun bütün potensialını məhv edə biləcəyini söyləmək olar.

Rusiya Cənubi Qafqazla bağlı məsələləri həll etmək imkanını itirir və Kremlin bölgədəki planları iflasa uğrayır. O, Azərbaycan və Türkiyənin bütün tələblərini yerinə yetirilə bilər. Paşinyanın “mövcud vəziyyət Müdafiə nazirini dəyişdirmək qərarına gəlməyimə səbəb oldu”,- deməsi buna əsaslanır.

Ermənistanın yeni Müdafiə naziri Suren Papikyana gəlincə, o, tarixçidir, ordu ilə heç bir əlaqəsi yoxdur və bu, erməni hərbçilərinin üzünə bir sillədir.

Paşinyana ordunu bilən, Rusiyaya satılan adam yox, ona sadiq olan, onun əmrlərini yerinə yetirən idarəçilər lazımdır.

Bütün məsələləri dərindən təhlil etsək, deyə bilərik ki, Dağlıq Qarabağda vəziyyət tezliklə Azərbaycanın xeyrinə dəyişəcək və digər təmaslar, razılaşmalar əldə olunacaq.




Bölməyə aid digər xəbərlər