13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Paşinyan: "Rusiyanın hər üç təklifi bizim üçün qəbuldur"
Tarix: 18-11-2021 11:52 | Bölmə: Slayd
Paşinyan: "Rusiyanın hər üç təklifi bizim üçün qəbuldur"

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.

“Aysor” xəbər verir ki, bunu Ermənstanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb: “Bunların 3 də bizim üçün qəbul ediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

Hökumət başçısı əlavə edib ki, Ermənistanın Müdafiə naziri Suren Papikyana Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə təklifin detallarını dəqiqləşdirməyi tapşırıb.(Report)




Bölməyə aid digər xəbərlər